reklam
Maksim Medvedev:
Sportfm.az xəbər saytı

Maksim Medvedev: "Kosovo 2-3 ildən sonra bizimlə yox, daha reytinqli komandaların liqasında olacaq"


"Çoxdan idi ki, bu oyunu gözləyirdik. Rəqibi çox analiz etmişdik".  

Sportfm.az xəbər verir ki, bu sözləri millimizin müdafiəçisi Maksim Medvedev UEFA Millətlər Liqasında Kosovo ilə keçirilən 0:0 hesablı matçdan sonra jurnalistlərə açıqlamasında deyib. 28 yaşlı futbolçu rəqibə qarşı başabaş mübarizə apardıqlarını deyib: 

"Bilirdik ki, Kosovo gənc yığmadı, futbolçuları yüksək səviyyəli oyunçulardı və Avropada yaxşı klublarda çıxış edirlər. İnanıram ki, Kosovo 2-3 ildən sonra bizimlə yox, daha reytinqli komandaların liqasında olacaq. Bu gün başa başa mübarizə apardıq". 

Medvedev heç-heçəni pis nəticə hesab etməyib: "Onlarla vuruşduq, başabaş mübarizə apardıq. Mənə elə gəlir ki, bu, bizdə pis alınmadı. 3 gün sonra çətin Malta səfərində olacağıq. Əlimizdən gələni edəcəyik ki, istədiyimiz nəticəni qazanaq. Burada heç-heçə pis nəticə deyil. Kosovo yaxşı komandadır. Əsas odur ki, növbəti oyunlarda xal itirməyək". 

Müdafiəçi hər iki komandanın bir-birindən çəkindiyini vurğulayıb: "İlk oyun idi. Bir-birimizdən çəkinirdik. Səhv etmək istəmirdik. Səhv olanda qol vurulur. Onlar üçün də heç-heçə yaxşıdır. Yəqin ki, onlar üçün də əsas rəqib biz idik". 

Maksim yığmamızın 3 gün sonra Millətlər Liqasında Malta ilə keçirəcəyi oyunu barədə danışıb: "Çalışacağıq ki, ən yaxşı nəticə ilə qayıdaq. Az sonra Malta Farer adaları ilə qarşılaşacaq. Oyuna baxıb, analiz edəcəyik. Səfərdə ağır oyun olacaq, hava isti olacaq".

Oxşar xəbərlər

"Bura yaxşı nəticə üçün gəlmişik" - Maksim Medvedev
"Nəticəni uğurlu hesab edirəm" - Ray Farruca
"Komandam qalib gəlmək üçün hər şeyi edəcək" - Qurban Qurbanov
"Azərbaycanla oyunda yaxşı nəticə qazanacağımıza inanıram" - Rəqibin baş məşqçisi
Kosovo Futbol Federasiyasının prezidenti Azərbaycan yığmasını təriflədi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər