"Avropa Liqasında ən yaxşı oyunlarımızdan birini keçirdik” - Rəşad Sadıqov
“Son vuruşlar istədiyimiz kimi alınmadı. Avrokuboklarda bəlkə də bu qədər qol şanslarımız olmamışdı”.
Sportfm.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın kapitanı Rəşad Sadıqov Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Arsenal" 0-3 hesabı ilə uduzduqları oyundan sonra deyib. Zədə səbəbindən oynamayan təcrübəli müdafiəçi "Qarabağ"ın qol şanslarından yararlanmasından danışıb:
“Təbii ki, ustalıq səviyyəsini də demək lazımdır. Heç Azərbaycan çempionatında bir oyuna bu qədər qol epizodları yaratmırıq. 3 metrdən topu qapıdan keçirə bilmədik. Oyun qorxulu yuxu kimi keçdi. Oyuna nəzarət et, şanslar qazan, amma dəyərləndirmə. Düzdür, 2-ci qoldan sonra “Arsenal” rahat oynadı, qol şansları yaratdılar. Avropa Liqasında ən yaxşı oyunlarımızdan birini keçirdik”.
Sadıqov oyuna kənardan sakit şəkildə baxdığını deyib:
“Sakit şəkildə oyuna baxırdım. 1-2 qol epizodu boşa gedəndə artıq düşündüm ki, nəticə olmayacaq. Belə oyunlarda qol epizodlarını sağa-sola xərcləyirsənsə, yaxşı nəticə olmur”.
Kapitan sonda azarkeşlərə təşəkkür edib:
“Azarkeşlərə təşəkkür edirik. Oyun ərzində möhtəşəm idilər. Futbolçular bu dəstəyi hiss edirdilər. Onları sevindirmək istəyərdik, amma alınmadı”.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |