reklam
Ağ fiqurlar Məmmədyarova qələbə gətirəcəkmi?
Sportfm.az xəbər saytı

Ağ fiqurlar Məmmədyarova qələbə gətirəcəkmi?


Bu gün Almaniyanın paytaxtı Berlində şahmat üzrə İddiaçılar Turnirində X turun görüşləri keçiriləcək.

Sportfm.az xəbər verir ki, Azərbaycanın yarışdakı yeganə təmsilçisi Şəhriyar Məmmədyarov ağ fiqurlarla ABŞ şahmatçısı Fabiano Karuana ilə üz-üzə gələcək. Bu qrossmeysterlər arasında ilk dövrədəki oyunda qalib müəyyənləşməyib. Bütün görüşlər Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

9 turdan sonra F.Karuana 6 xalla vahid liderdir. Ş.Məmmədyarov 5,5 xalla 2-ci, A.Qrişuk 5 xalla 3-cü pillədə qərarlaşıb. 4 və 5-ci sıralardakı D.Lijen və S.Karyakinin 4,5, 6 və 8-ci yerlərdəki V.Kramnik, L.Aronyan və U.Sonun isə hərəyə 3,5 xalı var.

X tur

Şəhriyar Məmmədyarov (Azərbaycan) - Fabiano Karuana (ABŞ)

Aleksandr Qrişuk (Rusiya) - Sergey Karyakin (Rusiya)

Vladimir Kramnik (Rusiya) - Levon Aronyan (Ermənistan)

Din Lijen (Çin) - Uesli So (ABŞ)

Oxşar xəbərlər

Yeganə azərbaycanlı iki rusiyalıdan birini uddu
Məmmədyarov xallarının sayını 3-ə çatdırdı
Şəhriyar Məmmədyarovdan növbəti heç-heçə
Qara fiqurlarla başlanğıc onun üçün uğurlu oldu
Şəhriyar erməni şahmatçı ilə mübarizəyə başlayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər