reklam
Qurban Qurbanov:
Sportfm.az xəbər saytı

Qurban Qurbanov:Onların əsas yığmada oynamaq şansı az idi


Martın 23-də yığmamız Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək.

Sportfm.az xəbər verir ki, Azərbaycan milli komandasının mətbuat üçün açıq məşqindən öncə baş məşqçi Qurban Qurbanov KİV üçün təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. 

- Araz Abdullayevin son durumu necədir?

-  Hazırda Abdullayevin durumu yaxşıdır. Onun sabahkı oyunda start heyətində meydana çıxa bilər. 

- Sizin fikrinizcə, son zamanlar haqqında bəhs edilən VAR sisteminə ehtiyac var?

- Eynən sizin kimi mən də ədalətli nəticələrin tərəfdarıyam. Bu sistem isə çox lazımlıdır. Düşünürəm ki, VAR sistemi olarsa, daha yaxşı olar. 

- Yığmanın bir neçə gənc üzvü U-21 yığmasına göndərildi. Bu sizin qərarınız idi? 

- Bu gün onların əsas yığmada oynamaq şansı az idi. Bu mövqedə digər oyunçuları sınamaq istədim. 

- Niyə millinin oyunları Tofiq Bəhramov adına stadionda keçirilmir? 

- Əvvəllər mən də Olimpiya Stadionunda oynamağa müsbət yanaşmırdım. Lakin orda keçirdiyimiz oyunlardan sonra arena ilə yaxından tanış oldum.

- Ayaz Quliyevi ruslardan oğuralaya bilərik?

- Bununla bağlı rəsmi açıqlama vermək düzgün olmaz. Ancaq zamanı gəldikdə bizə lazım olan futbolçuları milliyə dəvət edəcəyik. 

- Bu gün aşağı yaş qruplarında, konkret olaraq 17 və 19 yaşlılardan ibarət yığmalarımızda xeyli milliləşdirilmiş futbolçu çıxış edir. Halbuki siz yığmaya yeni gələndə, bu cür futbolçuların sayının azalacağı güman olunurdu...

- Xaricdə də legionelərin xidmətindən istifadə edilir. Hər bir məşqçi güclü futbolçuya sahib olmaq istəyir. Təbii ki, biz yerli futbolçuları diqqətimizdə saxlayırıq. Ancaq biz futbol ölkəsi deyilik. Bunu nəzərə almalıyıq. Milliləşdirilmiş futbolçuların sayı bizdə də get-gedə azalır.

Oxşar xəbərlər

Niyə Qurban hoca, niyə? - YAZI
"Belarusla görüşdə məğlubiyyətə layiq deyildik" - Şəhriyar Rəhimov
Millimiz jurnalistlərin önündə məşq etdi
Qurban Qurbanov: Millidə yeni adlar olacaq
“Bu oyunla yığmada perspektiv gördüyümü deyə bilmərəm” - Qurban Qurbanov

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər