Hücumçunun etirafı: O mənim futbolçu kimi məhvimi istəyirdi
Rusiya Premyer Liqasında çıxış edən "Arsenal"ın hücumçusu Artyom Dzyuba sensasion açıqlaması ilə gündəmi zəbt edib.
Sportfm.az xəbər verir ki, Tula klubunun forvardı 23-cü turda "Rostov"la görüşdən sonra(2-2)bunları deyib:"Rəqibin baş məşqçisi Valeri Karpin mənə çox pisliklər edib. Bu gün onun çalışdırdığı komandaya qol vurduğum üçün çox sevinirəm. Onu ömrüm boyu bağışlamayacam. O mənim futbolçu kimi məhvimi istəyirdi. Karpinə karyeramı məhv etməyə imkan vermədiyim üçün özümdən razıyam. Hətta qol vurduqdan sonra ona doğru qaçıb formamın arxasındakı soyadımı Karpinə nümayiş etdirmək istəyirdim. Amma fikrimdən daşındım".
Qeyd edək ki, Moskva "Spartak"ında Karpinin rəhbərliyi altında çıxış edən Dzyuba məhz baş məşqçinin istəyi ilə klubdan qovulmuşdu.
Oxşar xəbərlər
34 yaşında 287 gün sonra meydana döndü, het-trik etdi - İnanılmaz Dzyuba
Ayaz Quliyev geri dönür!
Dzyuba "Qalatasaray"dan imtina etdi
"Anam mən çox danlayırdı. Futbolu atmağımı istəyirdi"
16 ildən sonra gələn çempionluq və ya "Spartak"ın qızıl sevdası - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası