reklam
Bu dəfə alınmadı,
Sportfm.az xəbər saytı

Bu dəfə alınmadı, "Şah" erməniyə qalib gələ bilmədi


Almaniyanın paytaxtı Berlində keçirilən şahmat üzrə İddiaçılar turnirində bu gün IX turun görüşləri olub.

Sportfm.az xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov qara fiqurlarla ermənistanlı Levon Aronyanla qarşılaşıb. Tərəflər 41-ci gedişdə heç-heçəyə razılaşıblar.

Bununla da, Məmmədyarov turnirdə 7-ci heç-heçəsini əldə edib. Onun aktivində 2 qələbə də var. Aronyan isə görüşlərindən 1 qələbə, 3 məğlubiyyət və 5 heç-heçə ilə ayrılıb. İki şahmatçı arasında ilk dövrədəki görüşdə də qalib müəyyənləşməyib - 0,5:0,5.

Turun digər görüşləri:

Fabiano Karuana (ABŞ) - Din Lijen (Çin)

Uesli So (ABŞ) - Aleksandr Qrişuk (Rusiya) - 0,5:0,5

Sergey Karyakin (Rusiya)- Vladimir Kramnik (Rusiya) - 1:0

Oyunlar Bakı vaxtı ilə saat 18:00-da başlayıb.

İddiaçılar turnirinin ümumi mükafat fondu 420 min avrodur. Qalib şahmatçı norveçli Maqnus Karlsenlə dünya çempionu titulu uğrunda görüşə çıxacaq.

Oxşar xəbərlər

"Şah"ın taca əli çatmadı
Ağ fiqurlar Məmmədyarova qələbə gətirəcəkmi?
Məmmədyarov xallarının sayını 3-ə çatdırdı
İddiaçılar turnirində iddiasız heç-heçə
Qara fiqurlarla başlanğıc onun üçün uğurlu oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər