reklam
Avropa Liqasında bütün 1/4 finalçılar bəlli oldu
Sportfm.az xəbər saytı

Avropa Liqasında bütün 1/4 finalçılar bəlli oldu


UEFA Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilib.

Sportfm.az xəbər verir ki, baş tutan matçlardan sonra bütün 1/4 finalçılar müəyyənləşib. Evdə "Arsenal"la bacarmayan "Milan" səfərdən də məyus dönüb - 3:1.

Turnirin güclü komandalarından hesab olunan "Borussiya" ilk görüşdə gözlənilmədən doğma azarkeşləri önündə "Zalsburq"a uduzmuşdu. Dortmund təmsilçisi Avstriyadakı qarşılaşmada rəqibin müqavimətini qıra bilməyərək yarışdan kənarlaşıb - 0:0.

"Lion" - MOİK, "Atletik" - "Marsel", "Dinamo" - "Latsio" və "Zenit" - "Leyptsiq" matçlarında isə qonaqlar növbəti mərhələyə adlayıblar.

Avropa Liqası

1/8 final mərhələsi, cavab oyunları

15 mart

"Lokomotiv" (Rusiya) - "Atletiko" (İspaniya) - 1:5

Qollar: Ribus, 20 - Korrea, 17, Saul, 47, Torres, 65 (pen.), 70, Qrizman, 85

İlk oyun: 0:3

"Atletik" (İspaniya) - "Marsel" (Fransa) - 1:2

Qollar: Villiams, 74 - Paye, 38 (pen.), Okampos, 52

İlk oyun: 1:3

"Dinamo" (Kiyev, Ukrayna) - "Latsio" (İtaliya) - 0:2

Qollar: Leyva, 22, De Vrij, 83

İlk oyun: 2:2

"Viktoriya" (Plzen, Çexiya) - "Sportinq" (Portuqaliya) - 2:1 (əlavə vaxt)

Qollar: Bakoş, 6, 64 - Battalya, 105+2

İlk oyun: 0:2

"Zenit" (Rusiya) - "Leyptsiq" (Almaniya) - 1:1

Qollar: Driussi, 45+1 - Avqustin, 22

İlk oyun: 1:2

"Arsenal" (İngiltərə) - "Milan" (İtaliya) - 3:1

Qollar: Uellbek, 39 (pen.), 86, Caka, 71 - Hakan, 35

İlk oyun: 2:0

"Zalsburq" (Avstriya) - "Borussiya" D. (Almaniya) - 0:0

İlk oyun: 2:1

"Lion" (Fransa) - MOİK (Rusiya) - 2:3

Qollar: Kornet, 58, Diaz, 71 - Qolovin, 39, Musa, 60, Vernblum, 65

İlk oyun: 1:0

Oxşar xəbərlər

Avropa Liqasında ¼ final mərhələsinin ilk oyunları keçirildi - Nəticələr
Avropa Liqası: Kiyev "Dinamo"sundan uğurlu nəticə
Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçiriləcək
Avropa Liqasının püşkatması başa çatdı: “Milan”-“Arsenal”
Avropa Liqasının 1/16 final oyunları - Nəticələr

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər