reklam
ÇL:
Sportfm.az xəbər saytı

ÇL: "Roma" və "Sevilya" "yoluna" davam edir


Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 cavab oyunu keçirilib.

Sportfm.az xəbər verir ki, ilk oyunda fərqlənə bilməyən "Mançester Yunayted" "Sevilya"nı qəbul edib. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticə ilə ispanlar növbəti mərhələyə yüksəliblər. Gecənin digər matçında "Roma" məğlubiyyətin əvəzini "Şaxtyor"dan çıxmağı bacarıb. Minimalhesablı qələbə qazanan italiyalılar Dzekonun qoluna seviniblər. Bununla da "canavarlar" səfər qolu hesabına 1/4 finala çıxıblar.

Çempionlar Liqası

1/8 final (cavab oyunları)

13 mart

"Roma" (İtaliya) - "Şaxtyor" (Ukrayna) - 1:0

Qol: Dzeko, 52

Baş hakim: Alberto Undiano Malyenko (İspaniya)

Roma, "Olimpiya" stadionu

İlk oyun - 1:2

"Roma": 1. Alison Bekker, 4. Radca Naynqolan, 6. Kevin Strotman, 8. Dieqo Perotti, 9. Edin Dzeko, 11. Aleksandr Kolarov, 16. Daniele De Rossi, 17. Cengiz Ünder, 20. Federiko Fazio, 24. Alessandro Florenzi, 44. Kostas Manolas

"Şaxtyor": 30. Andrey Pyatov, 2. Boqdan Butko, 6. Taras Stepanenko, 7. Tayson, 8. Fred, 10. Bernard, 11. Marlos, 18. İvan Ordets, 19. Fakunda Ferreyra, 31. İsmaili, 44. Yaroslav Rakitski

"Mançester Yunayted" (İngiltərə) - "Sevilya" (İspaniya) - 1:2

Qollar: Lukaku, 84 - Ben Yedder, 74, 78

Baş hakim: Danni Makkelye (Hollandiya)

Mançester, "Old Trafford" stadionu

İlk oyun - 0:0

"Mançester Yunayted": 1. David De Xea, 3. Erik Beyli, 12. Kris Smollinq, 18. Eşli Yanq, 31. Nemanya Matiç, 27. Maruan Fellaini, 14. Cesse Linqard, 19. Markus Reşford, 7. Aleksis Aleksis Sançez, 9. Romelu Lukaku, 25. Antonio Valensiya

"Sevilya": 1. Serxio Riko, 4. Simon Kyaer, 5. Klemen Lenlet, 10. Ever Baneqa, 11. Xoakin Korrea, 15. Steven Nzonzi, 17. Pablo Sarabia, 18. Serxio Eskudero, 20. Luis Muriel, 22. Franko Vazgez, 25. Qabriel Merkado

Oxşar xəbərlər

Çempionlar Liqasında möhtəşəm gecə - PSJ və "Roma" mübarizəni dayandırdı
ÇL: "Bavariya"dan 5 qol, ÇSKA-dan məğlubiyyət
ÇL: Romada sensasiya, Liverpulda Salah "şou"
ÇL: Sevilyada səssizlik, Xarkovda əzmkar qələbə
"Qarabağ" Çempionlar Liqasını məğlubiyyətlə tərk etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər