ÇL: Sevilyada səssizlik, Xarkovda əzmkar qələbə
Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına bu gecə keçirilmiş 2 oyunla yekun vurulub.
Sportfm.az xəbər verir ki, "Şaxtyor" Ukraynanın Xarkov şəhərində qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olmuş İtaliya "Roma"sını qəbul edib.
İlk yarıda qonaqların türk futbolçusu Cengiz Ünder hesabı açsa da, fasilədən sonra meydan sahibləri 2 qol vuraraq, qələbəyə nail olublar.
Günün digər matçında isə İspaniya və İngiltərə klublarının dueli baş tutub. "Sevilya" doğma azarkeşlər önündə "Mançester Yunayted" ilə üz-üzə gəlib. Görüş qolsuz başa çatıb.
Qeyd edək ki, 1/8 final mərhələsinin əvvəlki qarşılaşmalarında "Yuventus" İtaliyada İngiltərə "Tottenhem"i ilə 2:2, "Çelsi" İngiltərədə İspaniya "Barselona"sı ilə 1:1 hesablı heç-heçə edib. "Real Madrid" İspaniyada Fransa PSJ-sini 3:1, İngiltərənin "Mançester Siti" klubu İsveçrədə "Bazel"i 4:0, "Liverpul" Portuqaliyada "Sportinq"i, "Bavariya" Almaniyada Türkiyə "Beşiktaş"ını 5:0 hesabı ilə yenib. Cavab görüşləri 6-7 mart və 13-14 martda keçiriləcək.
Çempionlar Liqası. 1/8 final, ilk oyunlar
21 fevral
23:45. "Sevilya" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə) 0:0
Baş hakim: Kleman Tyurpen (Fransa)
23:45. "Şaxtyor" (Ukrayna) - "Roma" (İtaliya) 2:1
Qol: Fakundo Ferreyra, 52. Fred, 71 - Cengiz Ünder, 41
Baş hakim: Uilyam Kollam (Şotlandiya)
Oxşar xəbərlər
"Atletiko" və "Ayaks" qələbəni əldən verdi - Çempionlar Liqası
1/8 final mərhələsinin püşkü yenidən atıldı - Çempionlar Liqası
Pley-off mərhələsinin təqvimi bilindi - Çempionlar Liqası və Avropa Liqası
Çempionlar Liqası: Londonda iki qol, Almaniyada darmadağın
ÇL-də püşk atıldı: "Beşiktaş" üçün "Bavariya", "Real" üçün PSJ, "Çelsi" üçün isə...
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası