Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Vəli Qasımov: ”Azarkeşlərə yazığım gəlmir?!”
"Şkendiya” ilə oyundan sonra keçirilən mətbuat konfransında Sportfm.az saytının əməkdaşının- Yenə qələbə qazana bilmədiniz, "Neftçi” azarkeşlərinə yazığınız gəlmir?! – sualına cavab olaraq komandanın baş məşqçisi Vəli Qasımov belə deyib:
Azarkeşlərə yazığım gəlmir?! Biz nə edə bilərik? Hər dəfə meydana qələbə üçün çıxırıq, ancaq qalib gələ bilmirik”.
Vəli Qasımovun cavabından belə görünür ki, onu ümumiyyətlə "Neftçi” azarkeşləri maraqlandırmır. Mütəxəssis hər dəfə qalib gələ bilmədikləri matçdan sonra-biz nə edə bilərik? – deyə, açıqlama verir. Sanki komandanın sükanı arxasında Qasımov yox, bizlər, sizlər dururuq. "Neftçi” azarkeşləri bu gedişlə növbəti mövsümdə hələ çox məğlubiyyətlər görəcək.
Oxşar xəbərlər
"Neftçi"də Elnur Məmmədov erası sona çatdı...
“Neftçi” yeni mövsümə ciddi itkilərlə start verəcək
Vəli Qasımov:"Ehtiyat qüvvəmiz yoxdur"
Vəli Qasımov:"Dəyişiklik olmayacaq"
Vəli Qasımov: "İstəyərdim, yeni hücumçumuz olsun"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası