reklam
“Neftçi” yeni mövsümə ciddi itkilərlə start verəcək
Sportfm.az xəbər saytı

“Neftçi” yeni mövsümə ciddi itkilərlə start verəcək


"Neftçi” Azərbaycan Premyer Liqasının 2016/17 mövsümündəki ilk matçına ciddi itkilərlə çıxacaq. Sportfm.az saytının məlumatına görə, bu barədə komandanın baş məşqçisi Vəli Qasımov klubun rəsmi saytına açıqlamasında deyib.
 
"Ölkə çempionatında yeni mövsüm başlanır. Fikrimcə, çoxlu sayda maraqlı oyuna şahidlik edəcəyik. Bütün rəqiblərlə qarşılaşmalara tam hazır vəziyyətdə çıxmalıyıq. Çempionat uzun marafon olsa da, arxayınlaşmaq olmaz. İlk matçımızı səfərdə AZAL klubuna qarşı keçirəcəyik. Oyuna hazırlığımızı artıq başa vurmuşuq. Baxmayaraq ki, heyətlə bağlı çətinliyimiz var. Son Avroliqa matçında zədələnmiş Vançe Şikov düşərgədə olsa da, hələ müalicəsini davam etdirir. Ümid edirəm ki, tezliklə tam hazır olacaq. Yaxın günlərdə əməliyyat olunmuş Elşən Abdullayev də sabah bizə kömək edə bilməyəcək. Araz Abdullayev isə məşqdə ikili mübarizə zamanı zədə aldığı üçün onu meydana buraxmaqla risk etmək istəmirik. Əsas heyətin 3 aparıcı futbolçusunun olmaması işimizi müəyyən qədər çətinləşdirsə də, onların əvəzinə meydana çıxacaq futbolçulara da inanırıq” – deyə Vəli Qasımov bildirib.

Oxşar xəbərlər

"Neftçi" "Səbail"lə oyuna itkilərlə çıxacaq
"Qəbələ" "Neftçi" ilə oyuna itkilərlə çıxacaq
Xorvatiya Türkiyə ilə oyuna ciddi itkilərlə çıxacaq - AVRO-2024
"İnter" AZAL qarşısına 4 ciddi itki ilə çıxacaq
Vəli Qasımov: ”Azarkeşlərə yazığım gəlmir?!”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər