reklam
Yunis Hüseynov:
Sportfm.az xəbər saytı

Yunis Hüseynov: "“Səbail”lə oyunda..."


“Kəpəz” bu gün Gəncədə keçirdiyi məşqlə Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində evdə “Səbail”ə qarşı keçirəcəyi oyuna hazırlığı başa vurub. 

Sportfm.az xəbər verir ki, mətbuat və azarkeşlər üçün açıq olan məşq prosesindən sonra komandanın baş məşqçisi Yunis Hüseynov matçla bağlı fikirlərini klub saytı ilə bölüşüb: 

“Üç oyundu ki, məğlub oluruq. Ona görə gəncəli futbol azarkeşlərini sevindirmək istəyirik. Komandamız uduzduğu matçlarda meydanda pis təsir bağışlamayıb, sadəcə, qol vura bilməmişik. Düşünürəm ki, sabah xal götürə biləcəyik. Futbolçulara inanıram. Uğursuzluq zolağından çıxmaq istəyiriksə, xal qazanmaq mütləqdi. Uşaqların özünə inamını qaytarmaq üçün uğura köklənmişik. Maksimum şəkildə gücümüzü göstərməliyik. Oyuna qaydasında hazırlaşmışıq, əhval-ruhiyyə yaxşıdı. Zədəsinə görə Dieqo Souza komandaya kömək edə bilməyəcək. Digər oyunçular mübarizəyə tam hazırdılar”.

Oxşar xəbərlər

"Əliyev ehtiyatdan oyuna çox fəal daxil oldu” - Sənan Qurbanov
"Dieqo Souza ümidlərimi doğrultmadı" - Yunis Hüseynov
Komandası sonuncu pillədə olan Yunis Hüseynov: Əhval-ruhiyyə yaxşıdır
“Kəpəz” braziliyalı futbolçu alır - Yunis Hüseynov açıqladı
Yunis Hüseynov komandaya təqdim edildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər