"Messi ilə bir komandada oynayacağımı bilirdim" -Hücumçudan açıqlama
"Barselona"nın fransalı hücumçusu Usman Dembele kluba adaptasiyası ilə bağlı danışıb.
Sportfm.az xəbər verir ki, 20 yaşlı forvard bunları deyib:
"Bura gələndən qısa müddət sonra zədələndim. Bəlkə də, bunun mövsümün əvvəlində baş verməsi daha yaxşı idi. Mövsümün son ayları gərgin keçir. İlk oyunlar komandaya adaptasiya olmağıma imkan verdi. Daha sonra şəxsi masajçı və aşpaz tutdum. Sağlam qidalanmaya fikir verirəm. Luis Suarezlə tez-tez zarafatlaşırıq. "Barselona"da olmaq üçün çox çalışmışam. Bilirdim ki, nə vaxtsa Messi ilə bir komandada oynayacam. Topla və sol ayaqla oynamağı sevirəm. Zərbələri sağla vurmağa üstünlük verirəm. Meydanda eqoist deyiləm. Belə olsaydı, ötən mövsüm "Borussiya"da 21 məhsuldar ötürmənin müəllifi olmazdım".
Oxşar xəbərlər
Dembele Paris klubunu seçdi - TRANSFER
"Barselona" onu satışa çıxardı - FOTO
Qrizmann Messidən danışdı
“Barselona”nın prezidenti Messinin getməyinə münasibət bildirdi
Messi "Barselona"ya qələbə qazandırdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası