“Barselona”nın prezidenti Messinin getməyinə münasibət bildirdi
"Barselona"nın prezidenti Xosep Mariya Bartomeu əmin olduğunu bildirib ki, Lionel Messi 2020/21 mövsümü başa çatdıqdan sonra klubu tərk etməyəcək.
Sportfm.az xəbər verir ki, klub rəhbəri "Marca"ya müsahibəsində deyib: "Bəli, doğrudur. Messi 2020/21 mövsümündən sonra karyerasını başa vura, yaxud başqa kluba keçə bilər. Bənzər şərtlər Xavi, İnyesta və Karlus Puyolun müqavilələrində də vardı. Amma mən narahat deyiləm. Çünki Messi "Barselona"ya o dərəcədə sadiqdir ki, başqa komandada çıxış edə bilməz. Onun 2020/21 mövsümünün sonunda müqaviləsi yekunlaşanda "Barselona"da qalacağına şübhə etmirəm".
Daha öncə ispan KİV-lərinin yaydığı xəbərə görə, gələn mövsüm Messi "Barselona" ilə müqaviləni ləğv edərək Argentinanın "Nyuells Old Boys" komandasına keçmək haqda düşünür.
Oxşar xəbərlər
Prezidentindən Messi açıqlaması - "Sona qədər burada qalmağı planlaşdırır"
“Maaşların azaldılmasını Messi təklif etdi” - “Barselona”nın prezidenti
Messi elə bir şərt qoydu ki...
Messi "Barselona" ilə müqaviləsini ləğv edə bilər
Messi "Barselona"dan ayrılır?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Premyer Liqada 28-ci tur başlayır - YENİLƏNİR
-
“Şaxtyor” yarımfinala çıxdı - Konfrans Liqası















Misli Premyer Liqası