Qrizmann Messidən danışdı
"Barselona"nın futbolçusu Antuan Qrizmann komanda yoldaşları - Lionel Messi və Luis Suareslə arasındakı münasibətlərindən danışıb.
Sportfm.az xəbər verir ki, fransalı hücumçu bununla bağlı deyib: "Mən çox utancaq biriyəm və çox insanla yaxşı ünsiyyət qurmuram. Mən söhbətə başlaya biləcək adamlardan deyiləm. Ancaq biz Messi və Suareslə tədricən tanış oluruq. Biz artıq birlikdə nahar etmişik".
O bildirib ki, sözügedən oyunçularla münasibəti vaxt keçdikcə yaxşılışacaq: "Bu, meydanda özümüzü daha rahat hiss etməyimizə kömək olacaq".
Qrizmann Messi haqda müsbət fikirlər də səsləndirib: "Yaxın 40 ildə Messi kimi bir oyunçu görməyəcəyik. Onun etdikləri inanılmazdır".
Qeyd edək ki, Qrizmannın Messi ilə pis münasibətləri səbəbindən "Barselona"dan ayrılmaq istədiyi iddia olunurdu.
Oxşar xəbərlər
"Messini heç vaxt rəqib kimi görməmişəm" - Ronaldo
Messi komanda ilə məşqlərə başladı - FOTO
Messi, Hazard, Firmino - 2019-cu ilin ən yaxşıları
Messinin xəyalındakı futbol klubu
O, Messi və Ronaldo kimi futbolun zirvəsində olmalıdır”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası