reklam
Dünya çempionunu məğlub edən azərbaycanlı liderdir
Sportfm.az xəbər saytı

Dünya çempionunu məğlub edən azərbaycanlı liderdir


Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rusiyanın paytaxtı Moskvada start götürən Mixail Talın xatirə turnirində ilk günü lider kimi başa vurub. İlk gündə sürətli şahmat üzrə 3 tur oynanılıb.

Sportfm.az xəbər verir ki, 33 yaşlı qrossmeyster rusiyalı Petr Svidlerlə hindistanlı dünya çempionu Vişvanatan Anandı yenib. Daha bir rusiyalı Vladimir Kramniklə görüş isə heç-heçə nəticələnib.
Beləliklə, ilk 3 turdan sonra Məmmədyarov 2,5 xalla liderdir. Daha 6 turun keçiriləcəyi sürətli şahmat yarışına martın 4-də yekun vurulacaq. Martın 5-də isə 13 turdan ibarət blits-turnir təşkil olunacaq.
Şəhriyar Məmmədyarov 10 - 28 martda Almaniyanın paytaxtı Berlində İddiaçılar Turnirində mübarizə aparacaq.

Oxşar xəbərlər

Ağ fiqurlar Məmmədyarova qələbə gətirəcəkmi?
Yeganə azərbaycanlı iki rusiyalıdan birini uddu
“Şəhriyar Məmmədyarovla müqayisədə daha yaxşı formadayam”
"Şah" xatirə turnirində iştirak edəcək
Məmmədyarov şahmat tacına iddiaçılar sırasında

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər