Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Sofiyada ölkəmizi 6 idmançı təmsil edəcək
Bolqarıstanın paytaxtı Sofiyada taekvondo üzrə növbəti beynəlxalq turnir keçiriləcək.
Sportfm.az xəbər verir ki, “G-1” kateqoriyalı turnirdə iştirak etmək məqsədi ilə Bolqarıstana yollanan gənclərdən ibarət milli komandamız altı idmançı ilə təmsil olunacaq.
Baş məşqçi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədov “Sofia Open” turnirində gənc idmançılardan Bəhruz Quluzadə (48 kq), Xanoğlan Kərimov (51 kq), Ayaz Qənbərli (55 kq) və Cavad Ağayevi (63 kq) sınaqdan keçirəcək. Qızlardan isə Minayə Əkbərova (44 kq) və Sevda Pirseyidova (49 kq) medallar uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, yarış martın 3-4-də baş tutacaq və qalib olan idmançı reytinqinə 10 xal əlavə edəcək.
Oxşar xəbərlər
Ölkəmiz 11 idmançı ilə təmsil olunacaq - Avropa çempionatı
Azərbaycan taekvondoçularının adları açıqlandı
Taekvondoçumuz “Sofia open” turnirində qızıl medal qazandı
Avropa çempionatından 10 medalla - FOTO
Taekvondoçularımız Kiprdə keçiriləcək Avropa birinciliyində mübarizə aparacaqlar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası