reklam
Azərbaycan taekvondoçularının adları açıqlandı
Sportfm.az xəbər saytı

Azərbaycan taekvondoçularının adları açıqlandı


Aprelin 6-da Tunisin Hammamet şəhərində start götürəcək yeniyetmələr arasında III Yay Olimpiya Oyunlarına lisenziya xarakteri turnir üçün taekvondo üzrə Azərbaycan millisinin heyəti açıqlanıb.

Sportfm.az xəbər verir ki, 120 ölkədən 962 gənc idmançının qatılacağı yarışa Bəhruz Quluzadə (48 kq), Xanoğlan Kərimov (55 kq), Cavad Ağayev (63 kq), Minayə Əkbərova (44 kq), Sevda Pirsetidova (49 kq) və Sahar Karghara (52 kq) qatılacaq. Turnir iki gün davam edəcək. 

Milli üzvləri, həmçinin, Hammametdə aprelin 9-da start götürəcək dünya birinciliyində də iştirak edəcəklər. Dörd gün davam edəcək yarışlarda Nihat Abbasov (45 kq), Yaşar Məmmədli, Bəhruz Quluzadə (hər ikisi 48 kq), Xanoğlan Kərimov (51 kq), Ayaz Qənbərli (55 kq), Cavad Ağayev (63 kq), Taleh Süleymanov (73 kq), Minayə Əkbərova (44 kq), Sevda Pirseyidova (49 kq) və Sahar Karghar (52 kq) qüvvəsini sınayacaq.

ATF-nin vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayevin rəhbərliyk etdiyi heyətdə milli komandanın baş məşqçisi Məmməd Abdullayev, böyük məşqçi Zahid Məmmədov, beynəlxalq dərəcəli hakim Ramal Camalov artıq Tunisə yollanıb.

Qeyd edək ki, III Yay Olimpiya Oyunları 1 - 12 oktyabrda Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək.

Oxşar xəbərlər

Ölkəmiz 11 idmançı ilə təmsil olunacaq - Avropa çempionatı
Millimizin heyəti açıqlandı - Avropa çempionatı
Sofiyada ölkəmizi 6 idmançı təmsil edəcək
Avropa çempionatından 10 medalla - FOTO
Taekvondoçularımız Kiprdə keçiriləcək Avropa birinciliyində mübarizə aparacaqlar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər