reklam
İmişli klubu heyətinə adı protokolda olmayan futbolçu saldı -
Sportfm.az xəbər saytı

İmişli klubu heyətinə adı protokolda olmayan futbolçu saldı -0:3 hesablı texniki məğlubiyyət aldı


İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sportfm.az saytı xəbər verir ki, tədbirdə Birinci Divizionun son turunda baş verən olaylarla bağlı qərarlar qəbul edilib.

22 fevral 2018-ci il, 2017/2018 mövsümündə, Azərbaycan I divizionun XV turunun “Zaqatala” – “Mil-Muğan” matçında “Mil-Muğan” komandasının heyətində adı protokola qeyd olunmamış futbolçu iştirak etdiyinə görə  kluba 0:3 hesablı texniki məğlubiyyət verilir və  klub 800 manat cərimə olunur.
22 fevral 2018-ci il, 2017/2018 mövsümündə, Azərbaycan I divizionun XV turunun “Binə” – “Xəzər” matçının 87-ci dəqiqəsində “Binə” klubunun 45 №-li futbolçusu Ramil Kərimov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur. 
23 fevral 2018-ci il, 2017/2018 mövsümündə, Azərbaycan I divizionun XV turunun “Qaradağ Lökbatan” – “Şüvəlan” matçında “Şüvəlan” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
Oyunun 90+4-cü dəqiqəsində “Şüvəlan” klubunun 8 №-li futbolçusu Həşimi Mirkamil ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur.

Oxşar xəbərlər

"Neftçi"yə cəza verildi - Top daşıyan uşaqlar qapı arxasında toplarla artıq rəftar etdiklərinə görə
"Zirə"yə texniki məğlubiyyət verildi
AFFA klubları cəzalandırdı
"Səbail" texniki məğlubiyyət aldı
"Turan Tovuz" və "Neftçi" cərimə olundu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər