Azərbaycan qəbul edildi, Ermənistan çıxarıldı
Macarıstanın paytaxtı Budapeştdə Avropa Mini Futbol Federasiyasının (AMF) Baş Assambleyası keçirilib.
Azərbaycan Mini Futbol Assosiasiyasından (AMFA) Sportfm.az saytına verilən məlumata görə, bu yığıncaqda ötən ilin sentyabrında təsis olunmuş AMFA-nın sədri Elxan Əsədov və təşkilatın baş katibi Azər Hüseynov iştirak edib.
İclasda AMFA rəhbərliyi bu idman növünün Azərbaycanda inkişafının həll yollarını və bu yöndə öz strateji baxışlarını təqdim edib. AMFA rəsmiləri mini futbolun inkişafında Bakcell və Azfargroup kimi çox güclü kommersiya tərəfdaşlarının olduğunu vurğulayıb. Həmçinin qeyd olunub ki, Azərbaycanda mini futbolun inkişafı üçün həvəskarlar arasında çempionat Alfa Liqa keçiriləcək.
Bundan sonra səsvermə keçirilib. Səsvermə nəticəsində Azərbaycan, eləcə də Belçika və İsveçrənin müvafiq qurumları AMF-in üzvlüyünə qəbul edilib. Həmçinin iclasda AMF tərəfindən tələb olunan şərtlər yerinə yetirilmədiyi üçün Ermənistanın bu quruma üzvlüyünə xitam verilib.
Sözügedən tədbir barədə AMFA-nın baş katibi Azər Hüseynov fikirlərini bildirib:
Hüseynov həmçinin onu da qeyd edib ki, Avropa Mini Futbol Federasiyası öz fəaliyyətini genişləndirmək istəyir:
"AMF artıq kişilərlə kifayətlənməyərək bu idman növünü qadınlar, eləcə də biznes subyektləri arasında keçirməkdə maraqlıdırlar. Bildiyiniz kimi, biz artıq bu yöndə Azfar Biznes Liqası keçiririk. Avropa Mini Futbol Federasiyası həmçinin bu idman növünü bəlli kateqoriyalar üzrə, məsələn, U-19 və U-21 yaş kateqoriyalarına aid komandalar üzrə inkişaf etdirmək istəyir".
Qeyd edək ki, AMFA-nın AMF-ə üzvlüyündən sonra bu ilin 12-18 avqust tarixlərində Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək Avropa çempionatında Azərbaycan mini futbol üzrə millisinin, eləcə də Alfa Liqanın qalibi olacaq komandanın 5-9 sentyabr 2018-ci ildə Sloveniyada təşkil olunacaq Çempionlar Liqasında iştirak edəcəyi dəqiqləşib. Bu layihələr Bakcell şirkətinin baş sponsorluğu altında həyata keçiriləcək.
Xatırladaq ki, Azfargroup Azərbaycanda 2008-ci ildə təsis edilib. Bu şirkət tam infrastruktura malik həvəskar və peşəkar futbol meydançalarının tikintisi və idarə edilməsi üzrə ixtisaslaşmışdır. Şirkətin 30-dan çox sayda meydançaları mövcuddur. Azfargroup ötən ildən Azərbaycanda şirkətlər arasında keçirilən Аzfar Business League (ABL) kimi layihəyə imza atıb.
Oxşar xəbərlər
Minifutbol üzrə Alfa Liqanın püşkü atıldı - FOTOLAR
Bərdə komandası Alfa Liqada iştirak edəcək
Yeni Azərbaycan milli komandası formalaşdırılacaq
“Azərbaycan Mini-Futbol Assosiasiyası” öz fəaliyyətinə start verdi
“Azfar Group” Dünya Mini-Futbol Federasiyası ilə əməkdaşlığa start verdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Premyer Liqada 28-ci tur başlayır - YENİLƏNİR















Misli Premyer Liqası