Yığmanın güləşçisi gümüş medaldan məhrum edildi
Dopinq-testi müsbət nəticə verən rusiyalı güləşçi Aleksandr Çexirkin 2017-ci il dünya çempionatında qazandığı gümüş medaldan məhrum edilib.
Sportfm.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Rusiya Güləş Federasiyasının prezidenti Mixail Mamiaşvili bildirib.
“Parisdə keçirilmiş dünya çempionatında ondan götürülən nümunə müsbət nəticə verib. Çexirkinin onurğasında və diz oynağında zədəsi vardı”, - Mamiaşvili söyləyib.
Dünya Güləş Birliyi (UWW) isə 75 kq çəki dərəcəsində mübarizə aparan 32 yaşlı idmançının cəza müddətinin azaldılmasına dair qərar qəbul edib. Bu barədə idman vəkili Artyom Patsev “facebook” səhifəsində yazıb: “İdmançı üçün sanksiyanın əhəmiyyətli dərəcədə - 4 ay müddətinə azaldılmasına nail oluq. Aleksandr bu gündən etibarən məşq edə və yarışlara qatıla bilər”.
Cəza müddətinin 4 aya endirilməsinə səbəb Çexirkinin UWW-ni dopinqi bilərəkdən qəbul etmədiyinə inandırması olub. Beləliklə, idmançının cəza müddəti yanvarın 28-də başa çatıb.
Qeyd edək ki, ötən il 20 – 25 avqustda Fransa paytaxtında keçirilmiş dünya çempionatında 75 kq çəki dərəcəsində Azərbaycanı Həsən Əliyev təmsil edib. O, 1/16 finala təsadüf edən ilk görüşündə yaponiyalı Şohey Yabikuya uduzub. Çexirkin isə finalda serbiyalı Viktor Nemesə yenilib. (report.az)
Oxşar xəbərlər
Azərbaycan idmançısının cəza müddəti açıqlandı
Boyankanın cəza müddəti başa çatdı
Rus güləşçi "dopinqli çıxdı", medal Türkiyəyə verildi
Rusiyalı idmançının dopinqdən yararlandığı təsdiqləndi
Azərbaycan Ağır Atletika Federasiyası 50 min dollar cərimələndi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Maradona, Platini, Ziko kimi böyük futbolçu olmaq istəyirdik" - "Qızıl 76-lar"dan biri
-
"Kəpəz" Azərbaycan millisi ilə bərabərə qaldı - Yoxlama oyunu
-
"Turan Tovuz" - "Fənərbaxça" matçına 25 min bilet satıldı
-
"Spartak" Bakıya gəlir - Yoldaşlıq görüşü üçün
-
“Neftçi” Litva klubu qarşılaşacaq - Yoldaşlıq görüşü
-
Ronaldo tək özünə görə yox, oğluna görə də narazıdı















Misli Premyer Liqası