reklam
Sportfm.az xəbər saytı

"Neftçi"nin bazası nə vaxt hazır olacaq? -AÇIQLAMA


"Neftçi"nin hazırda inşası davam edən məşq bazasının hazır olacağı vaxt müəyyənləşib. Baza 2019-cu ilin sonunda istifadəyə veriləcək.
Sportfm.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında klubun vitse-prezidenti Elnur Eyvazov məlumat verib:
"Neftçi"nin hazırda inşası davam etdirilən təlim-məşq bazasını 2019-cu ilin sonunda təhvil verməyi planlaşdırırıq. Orda əlavə iki yeni süni meydança qurmaq niyyətindəyik. Bildiyiniz kimi, üstüörtülü meydançamız da mövcuddur. Onun yenidən bərpası düşünülür. Bütün işlərimiz yalnız tikinti ilə bağlı olmayacaq. Bəzi işlər də var ki, onlar da öz həllini tapmalıdır. "Neftçi"nin akademiyası dağınıq vəziyyətdədir. Bu məsələni də kompleks şəkildə həll etməyi düşünürük".
Qeyd edək ki, "Neftçi"nin İsmət Qayıbov adına təlim-məşq bazası Bakıxanov qəsəbəsində, İsmət Qayıbov adına stadionun yerində inşa olunur.

Oxşar xəbərlər

"Neftçi"nin bazası nə vaxt hazır olacaq? - Sualın cavabı
İsmət Qayıbovun adı bazadan götürüldü
“Neftçi”nin təlim-məşq bazasının adı dəyişdirildi
Elşad Əhmədovla davam
"Neftçi" İsmət Qayıbov adına stadionda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər