Heydər Məmmədəliyev Rusiyada fəxri diplomla təltif olundu -FOTO
Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan güləş məktəbinin yetirməsi Heydər Məmmədəliyevin şərəfinə yeniyetmələr arasında beynəlxalq turnir keçirilib.
Sportfm.az xəbər verir ki, yubiley xarakterli turnirdə Azərbaycan Güləş Federasiyası adından yunan-Roma güləşi üzrə yığma komandanın məşqçiləri Rövşən Bayramov və İlqar Abdulov, həmçinin Avropa çempionu Vitali Rəhimov da qonaq qismində iştirak edib.
Turnirin rəsmi açılış mərasimində çıxış edən İlqar Adbulov Azərbaycan Güləş Federasiyası prezidentinin və Azərbaycan güləş ictimaiyyətinin adından səbəbkarı təbrik edib, ona uzun ömür, can sağlığı və gələcək fəaliyyətində uğurlar arzulayıb.
Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycanın diaspor fəaliyyətinin həyata keçirilməsində, Azərbaycan güləşçilərinin nailiyyətlərinin təbliğində uzunmüddətli və peşəkar fəaliyyətinə, yeniyetmə və gənc nəslin güləşə marağının artırılmasında əvəzsiz xidmətlərinə görə Heydər Məmmədəliyev Azərbaycan Güləş Federasiyasının Fəxri Diplomu ilə təltif olunub və ona xatirə hədiyyəsi təqdim edilib.
Məlumat üçün bildirək ki, Heydər Məmmədəliyev dəfələrlə Azərbaycan və Rusiya çempionu, Rusiya yığmasının tərkibində olimpiya mükafatçısı (2004) və dünya çempionu (2002) olub.
Oxşar xəbərlər
İlham Əliyev Sərəncam imzaladı - 4 nəfər “Prezidentin fəxri diplomu” ilə təltif edildi
Azərbaycanlı olimpiya çempionunun evi qarət olundu - Cəvahirat əşyaları oğurlandı
Elçin Zeynalov 70 illik yubileyini qeyd edir
Güləş Federasiyasına yeni baş katib təyin edildi - FOTO
Müşviq İsayevin xatirə turnirində ilk gün yunan-Roma güləşçiləri yarışıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Maradona, Platini, Ziko kimi böyük futbolçu olmaq istəyirdik" - "Qızıl 76-lar"dan biri
-
"Turan Tovuz" - "Fənərbaxça" matçına 25 min bilet satıldı
-
“Neftçi” Litva klubu qarşılaşacaq - Yoldaşlıq görüşü
-
Ronaldo tək özünə görə yox, oğluna görə də narazıdı
-
Millimizin heyətində dəyişiklik edildi
-
"Mingəçevir Reqatası-2026" beynəlxalq turniri başa çatdı














Misli Premyer Liqası