reklam
Yaponiyalı idmançı “Australian Open-2019” turnirinin qalibi oldu
Sportfm.az xəbər saytı

Yaponiyalı idmançı “Australian Open-2019” turnirinin qalibi oldu


Yanvarın 26-da “Australian Open-2019” turnirinin final görüşü keçirilib.

Sportfm.az xəbər verir ki, ümumi mükafat fondu 44,5 milyon dollar təşkil edən turnirin finalında yaponiyalı Naomi Osaka çexiyalı Petra Kvitova ilə üz-üzə gəlib. İki saatdan artıq davam edən görüş N.Osaka qələbəsi ilə başa çatıb(7:6, 5:7, 6:4). Yaponiyalı tennisçi ardıcıl ikinci dəfə "Böyük dəbilqə" seriyası yarışlarında qalib gəlir. O, 2018-ci ildə “US Open” turnirinin qalibi olub. Həmin turnirdə Naomi Serena Vilyamsı məğlub etmişdi (6:2, 6:4).

İyirmi bir yaşlı Naomi Osakanın “Australian Open” turnirində ən yaxşı göstəricisi 2018-ci ildə dörddəbir final mərhələsinə çıxması olub. Naomi son 25 ildə “Australian Open” turnirinin qalibi olan yeganə Yaponiya idmançısıdır.

Oxşar xəbərlər

18 yaşlı tennisçi karyerasında ilk dəfə “US Open” turnirinin qalibi oldu
61 milyon dollarlıq turnirin qalibi məlum oldu - “Australian Open”
Osaka “US Open” turnirinin qalibi oldu - İkinci dəfə
“Australian Open-2019” turnirinin final oyunu keçiriləcək
Cokoviç dörddəbir finala vəsiqə qazandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər