Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Qəbələ" MTK ilə oyunun hazırlıqlarına başladı
"Qəbələ” UEFA Avropa Liqasının II təsnifat mərhələsinin hazırlığına start verib. Sportfm.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, I təsnifat mərhələsinin "Samtredia” ilə Gürcüstanda keçirilən cavab oyununun (1:2) ardından bir günlük istirahətə buraxılan "qırmızı-qaralar” məşqlərini iyulun 9-da bərpa edib. Macarıstanın MTK klubu ilə görüşün hazırlığının ilk günündə komanda bir məşqlə kifayətlənib. Günün ikinci yarısına təsadüf edən məşq prosesi Bakıda keçirilib. Paytaxtdakı məşq zamanı futbolçular fərqli qruplara bölünüblər. "Samtredia” ilə görüşün iştirakçıları bərpaedici məşqlə kifayətləniblərsə, digər oyunçular toplu çalışmalara üstünlük verib.
Macarıstan klubu ilə qarşılaşmanın hazırlığını davam etdirəcək "Qəbələ” bu gün iki məşq keçirəcək. Əvvəl fiziki hazırlığa üstünlük verəcək komanda ikinci məşqində topla çalışacaq.
Xatırladaq ki, ilk oyunlar çərçivəsində baş tutacaq MTK – "Qəbələ” qarşılaşması iyulun 14-də Dyer şəhərində keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.
Oxşar xəbərlər
"Qəbələ" də məşqlərə başladı
“Qəbələ” “Sabah”la oyun üçün hazırlığa start verdi
«Qəbələ» Zalsburq toplanışına start verdi
"Qəbələ" "Maribor"la oyunun hazırlığına başladı
"Qəbələ" "Lİll"ə oyunun hazırlığına başladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası















Misli Premyer Liqası