reklam
Laloviç Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsinə seçildi
Sportfm.az xəbər saytı

Laloviç Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsinə seçildi


Cənubi Koreyanın Pxençxan şəhərində Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 132-ci Sessiyası keçirilib.

Sportfm.az xəbər verir ki, sessiya zamanı BOK İcraiyyə Komitəsinə seçkilər də keçirilib. 
Dünya Güləş Birliyinin (DGB) prezidenti Nenad Laloviç qarşıdakı 4 il müddətinə Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsinə üzv seçilib. 
BOK-a və BOK İcraiyyə Komitəsinə güləş idman növü üzrə seçilən ilk təmsilçi kimi tarixə düşən Nenad Laloviç Yay Olimpiya Növləri İdman Federasiyaları Assosiasiyasının nümayəndəsi olacaq.
Azərbaycan Güləş Federasiyasının prezidenti cənab Fazil  Məmmədov Dünya Güləş Birliyinin prezidenti  Nenad Laloviçi BOK İcraiyyə Komitəsinə üzv seçilməsi münasibətilə təbrik edib, güləş idman növünün inkişafı yolunda bundan sonrakı fəaliyyətində ona uğurlar arzulayıb. 
Məlumat üçün bildirək ki, Nenad Laloviç 2015-ci ildə etibarən Beynəlxalq Olimpiya Komitəsinə üzvdür. 

Oxşar xəbərlər

Kəmaləddin Heydərov yenidən federasiya prezidenti oldu - Təyinat
FİFA prezidenti Beynəlxalq Olimpiya Komitəsinin üzvü oldu
Süleyman Mikayılov AİBA-nın İcraiyyə Komitəsinə üzv seçildi
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi
"Azərbaycan komandası çox güclüdür" - Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviç

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər