"Azərbaycan komandası çox güclüdür" -Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviç
ABŞ-ın Ayova şəhərində keçirilən sərbəst güləş üzrə Dünya Kuboku yarışlarında iştirak edən Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviç AGF-nin saytına müsahibə verib.
Sportfm.az xəbər verir ki, ölkəmizin Dünya Güləş Birliyində böyük pay sahibi olduğunu deyən Nenad Laloviç, Azərbaycanın güləş yarışlarını hər zaman yüksək təşkilatçılıqla həyata keçirdiyini deyib. Bakıda keçirilən Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan Qızıl Qran Pri turniri, Avropa Oyunları, Avropa və Dünya çempionatlarını xatırlayan DGB rəsmisi bu yarışlar haqqında xoş təəssüratlarını bildirib.
"Azərbaycanda bir neçə dəfə olmuşam və yüksək səviyyədə təşkilatçılığın şahidi olmuşam. Ümid edirəm ki, gələcəkdə Azərbaycanın ev sahibliyi edəcəyi bir çox böyük yarışlar izləyəcəyik. Çünki biz Azərbaycan Güləş Federasiyasının böyük təcrübəyə malik olduğunu bilirik."
Qədim güləş ənənələrinə sahib olan Azərbaycanın yüksəlişdə olduğunu deyən Laloviç bu sayədə ölkəmizin dünya güləşində daim yüksək yerlərdə olacağına inandığını bildirib.
"Dünya Kubokunda iştirak edən Azərbaycan komandası çox güclüdür və biz Budapeştdə keçiriləcək Dünya çempionatında da güclü Azərbaycan komandasının iştirak edəcəyini gözləyirik. Düşünürəm ki, Azərbaycan xalqının gözlədiyi nailiyyətlər Tokio Yay Olimpiya Oyunlarında da reallaşacaq."
Müsahibənin sonunda DGB prezidenti Nenad Laloviç güləş idmanının daha da inkişafı istiqamətində görüləcək işlərdən danışıb.
Oxşar xəbərlər
Güləşin daha bir növü olimpiadanın proqramına salınacaq
"Bakı güləşin gələcəyidir" - Dünya Güləş Birliyinin prezidenti
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi
Nazir bu il Azərbaycanın ev sahibliyi edəcəyi yarışlardan danışdı
Laloviç Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsinə seçildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası