Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
FİFA prezidenti Beynəlxalq Olimpiya Komitəsinin üzvü oldu
Beynəlxalq Futbol Federasiyasının prezidenti Canni İnfantino Beynəlxalq Olimpiya Komitəsinin (IOC) üzvü seçilib.
Sportfm.az xəbər verir ki, bu, komitənin Lozannada keçirilən 135-ci sessiyasında reallaşıb.
İnfantino ilə yanaşı, Beynəlxalq Tennis Federasiyasının prezidenti Devid Haqqerti və Yaponiya Olimpiya Komitəsinin rəhbəri Yasuhiro Yamasita da Beynəlxalq Olimpiya Komitəsinə üzv seçiliblər.
Beləliklə, komitə üzvlərinin ümumi sayı 101 nəfərə çatıb.
"Üç yeni həmkarımızı komitəyə seçilmələri münasibətilə təbrik edirik. Bundan sonra komitə bu təcrübəli insanların dəyərli məsləhətlərinə bel bağlaya bilər", - İOC sədri Tomas Bax bildirib.
FIFA prezidenti Canni İnfantinonun Beynəlxalq Olimpiya Komitəsinin (IOC) İcraiyyə Komitəsinə daxil olması ötən ay tövsiyə edilib.
Oxşar xəbərlər
Avropa Olimpiya Komitəsinin yeni prezidenti bilindi
İnfantino yenidən FIFA prezidenti seçildi
Laloviç Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsinə seçildi
Yığmanın baş məşqçisi Beynəlxalq Olimpiya Komitəsinin mükafatına layiq görüldü
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Stadnikə təsəlli verdi - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası