reklam
Braziliya Azərbaycanın rekordunu yenilədi
Sportfm.az xəbər saytı

Braziliya Azərbaycanın rekordunu yenilədi


Qadın voleybolçular arasında Qran-Prinin final mərhələsində qrup oyunları başa çatıb. Apasport.az saytının məlumatına görə, yarış Rusiya yığmasının yeni antirekordu ilə əlamətdar olub. Belə ki, şimal qonşularımız Braziliya ilə matçın 2-ci setində 10:25 hesabı ilə yenilib. Bu da Rusiya millisinin tarixində ən az xal topladığı setdi. Komandanın lideri Tatyana Koşelevasız yollandığı turnirdə alınan bu ağır məğlubiyyət Azərbaycan millisinə məxsus rekordu unutdurub. Məsələ ondadı ki, bunadək Rusiyaya ən ağır məğlubiyyəti millimiz yaşatmışdı. 2005-ci ildə Faiq Qarayevin yetirmələri şimallıları 25:11 hesabı ilə yenmişdi. 3 il sonra Polşa yığmamızın rekordunu təkrarlasa da, onu yeniləyən olmamışdı. Qran-Pridə isə Braziliya Azərbaycanın nəticəsini yeniləməyə müvəffəq olub.
 
Qeyd edək ki, Braziliyaya 0:3 hesabı ilə uduzan Rusiya Tailandı eyni hesabla məğlub edib, yarımfinala yüksəlməyə nail olub.

Oxşar xəbərlər

Yaşar Zaqrebdə zəfər yaşatdı
Millimiz 24 komanda arasında 22-ci olub
Son 12 ildə görünməmiş məğlubiyyət
Yeni dünya çempionu hansı komanda olacaq?
Ramil Quliyev Türkiyə rekordunu yenilədi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər