reklam
Yeni dünya çempionu hansı komanda olacaq?
Sportfm.az xəbər saytı

Yeni dünya çempionu hansı komanda olacaq?


Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatında 1/4 final mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, mərhələnin ilk günündə yarımfinalçılardan ikisinin adına aydınlıq gəlib. 1/4 final mərhələsi daha bir sensasiya ilə əlamətdar olub. Belə ki, ikiqat dünya çempionu və Kolumbiyada qızıl medala iki əsas iddiaçıdan biri olan İspaniya mübarizəni dayandırıb. Pireneylilər Rusiya ilə qarşılaşmada 2:6 hesabı ilə uduzub.   Onlar 5 qat dünya çempionu Braziliya və medallara iddialı İtaliyanın ardından mundialla vidalaşan daha bir nəhəng olub. İndiyədək keçirilən DÇ-lərdə yalnız iki komanda çempion olduğundan və onların hər ikisinin mübarizəni dayandırdığından sonra Kolumbiyada yeni komandamın qalib gələcəyi dəqiqləşib.   Digər 1/4 finalda isə İran Paraqvayı məğlub edib – 4:3. Sentyabrın 27-də keçiriləcək ilk yarımfinalda məhz İranla Rusiya görüşəcək.  
Futzal üzrə dünya çempionatı 1/4 final 24 sentyabr
Paraqvay – İran – 3:4 Rusiya – İspaniya – 6:2

Oxşar xəbərlər

Argentina dünya çempionu oldu
Futzal üzrə dünya çempionatının qalibi müəyyənləşəcək
Yığmamız Dünya çempionatında mübarizəni dayandırdı
İlk 1/4 finalçılar məlum oldu -
Millimiz dünya çempionatının finalında

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər