reklam
Elxan Məmmədov futzalla bağlı:
Sportfm.az xəbər saytı

Elxan Məmmədov futzalla bağlı:Meydançada daha çox yerli oyunçu olmalıdı


“Coca-Cola” və AFFA futbol üzrə dünya çempionatının kubokunu fevralın 9-da Azərbaycana gətirib. Kubokun nümayişindən sonra AFFA-nın baş katibi Elxan Məmmədov jurnalistlərin suallarını cavablandırıb. Sportfm.az saytının əməkdaşının da iştirak etdiyi brifinqdə Məmmədov futzal yığmamızın uğursuz çıxışı barədə danışıb: "Final mərhələsində iştirak etmək yaxşı nəticədir. Portuqaliya çox güclü təsir bağışlayırdı, mənim fikrimcə, onlara uduzmaq faciə deyil. Ola bilər ki, sonda Portuqaliya çempion olsun. Biz istəyirik ki, azərbaycanlı oyunçuların sayı çox olsun. Meydançada daha çox yerli futzalçı olmalıdı. Onları inkişaf etdirmək haqqında düşünməliyik".

Qeyd edək ki, Zaur Axundov son müsahibəsində lazım gəlsə, yığmaya çukça və hinduları cəlb edəcəyini bildirib. 

Oxşar xəbərlər

Elxan Məmmədov Azərbaycana döndü
Futbol üzrə dünya çempionatının kuboku Bakıya gətirildi
Dünya çempionatının kuboku Bakıya gətiriləcək
Elxan Məmmədov:"Onunla davam etməliyik"
Elxan Məmmədov Belarusa yollanır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər