Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Futbolçu məşqə dözmədi və qusdu - VİDEO, FOTO
"Atletiko" Madrid İspaniya La Liqasının yeni mövsümünün hazırlıqlarına başlayıb. Sportfm.az İspaniya mətbuatına istinadən xəbər verir ki, ağır məşqləri ilə dünyada ad çıxarmış argentinalı mütəxəssis Dieqo Simeonenin bu dəfəki "qurbanı" qanalı futbolçu olub. Ötən mövsümü Madridin "Xetafe" klubunda icarə əsasında çıxış edən Qana yığmasının üzvü Bernard Mensah əsas heyətlə hazırlıqlara qatılıb. 21 yaşlı gənc futbolçu məşqin ilk bölümündə çox istəkli olsa da, sona yaxın özünü yaxşı hiss etmədiyini bildirərək tibbi personalın xidmətinə ehtiyac duyub. Klubun tibb işçisinin futbolçunu məşq meydançasının kənarına gətirdiyi zaman Mensah tab gətirməyərək qusub. Bir müddət özünə gələ bilməyən oyunçu ilə bağlı açıqlama verən klub rəsmiləri, bu halın havanın istiliyindən və məşqlərin ağırlığından qaynaqlandığını söyləyib. Aşağıdakı linkdən videonu izləyə bilərsiniz:
Oxşar xəbərlər
“Atletiko”da yeni futbolçu - TRANSFER
"Zirə" üç futbolçu ilə müqaviləni uzatdı
Yığmamızın üzvü Türkiyə millisində oynaya bilər!
Tiranın hərəkəti dünya mətbuatının gündəmində - FOTO
La Liqada ayın ən yaxşıları
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası