reklam
İngiltərədə bizi kim təmsil edəcək?
Sportfm.az xəbər saytı

İngiltərədə bizi kim təmsil edəcək?


Martın 1-də İngiltərənin Birmingem şəhərində start götürəcək qapalı məkanda atletika üzrə dünya çempionatı üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Sportfm.az xəbər verir ki, bu barədə "Report"a yığmanın baş məşqçisi Məhərrəm Sultanzadə məlumat verib. Onun sözlərinə görə, dörd gün davam edəcək yarışa cəmi 2 kişi atlet lisenziya qazanıb. Aleksis Kopelyo 3 təkanla uzununa tullanma, Hayle İbrahimov 3000 metr məsafəyə qaçış növlərində mübarizə aparacaq. Proqrama əsasən, Kopelyo martın 3-də, İbrahimov isə martın 4-də final mərhələsində çıxış edəcək.

Digər azərbaycanlı üç təkanla tullanan Nazim Babayev isə çempionata qatılmayacaq. Sultanzadə Babayevin zədə üzündən qış mövsümündəki yarışları buraxacağını bildirib. 

Oxşar xəbərlər

Qapalı məkan, 3 təkan və Nazim Babayev - UĞUR
Kopello Azərbaycan yığmasında olmayacaq - Zədə
Balkan çempionatında iştirak edəcək atletlərimiz açıqlandı
Milli komandanın heyəti açıqlandı
Atletimiz Avropa çempionatında gümüş medal qazandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər