reklam
Qapalı məkan, 3 təkan və Nazim Babayev -
Sportfm.az xəbər saytı

Qapalı məkan, 3 təkan və Nazim Babayev -UĞUR


Azərbaycan atleti Nazim Babayev Fransada keçirilən beynəlxalq "Meeting De L'Eure" (World Indoor Tour Silver Level) turnirində bürünc medal qazanıb.

Sportfm.az xəbər verir ki, qapalı məkanda keçirilən üç təkanla tullanma yarışında 25 yaşlı idmançı 16,27 metr nəticə göstərib.

Fransalı Entso Hodebar 16,68 metr göstərici ilə qızıl medala sahib olub. Gümüş medalı isə 16,52 metr uzununa tullanan finlandiyalı Simo Lipsanen əldə edib.

Qeyd edək ki, Nazim Babayev daha əvvəl Almaniyanın Karlsrue şəhərində keçirilmiş "World Indoor Tour" (Gold Level) turnirində gümüş medal qazanıb.

Oxşar xəbərlər

Sariyevadan Belqradda gümüş medal
Nazim Babayevdən İstanbulda qızıl medal - FOTO
Atletimiz Yaponiyada bürünc medal qazandı
Nazim Avropanı fəth etdi - Atletimiz qızıl medal qazandı
Azərbaycanlı atlet Fransada keçirilən beynəlxalq turnirin qalibi oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər