"Barselona"dan yeni rekord
“Barselona” futbol üzrə İspaniya çempionatının 22-ci turunun Kataloniya derbisində səfərdə “Espanyol” komandası ilə heç-heçə oynayıb.
Sportfm.az xəbər verir ki, görüş 1:1 hesabı ilə başa çatıb. Meydan sahibləri Jerar Morenonun 66-cı dəqiqədə vurduğu qoldan sonra irəli çıxıblar. 82-ci dəqiqədə isə “Barselona”nı məğlubiyyətdən Jerar Pikenin topu xilas edib.
Lionel Messinin komandası yeddi oyun davam edən qələbə seriyasını pozsa da, mövsümün startından ardıcıl olaraq məğlubiyyətsiz oyunun sayını rekord həddə – 22-yədək artırıb.
Komanda 2009/2010-cu il mövsümündə Xose Qvardiolanın rəhbərliyi altında 21 məğlubiyyətsiz oyun nümayiş etdirərək rekord müəyyən etmişdi. Hazırda isə “Barselona” öz rekordunu yeniləyib. Ölkə çempionatında komanda sonuncu dəfə 2017-ci ilin aprelində uduzub.
58 xal toplayan “Barselona” Premyer Liqanın turnir cədvəlində ikinci yerdə olan Madridin “Atletiko” komandasını 12 xal üstələyərək, lider olmaqda davam edir.
Oxşar xəbərlər
Kərim Benzema Messinin rekodunu təkrarladı
Albadan yubiley matçı
“Kamp Nou”da yeni rekord - Matçı 91648 nəfər izlədi
Yenə onlar, yenə rekord
Suaresin başladığını Messi sona çatdırdı - "Barselona" qalib gəldi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası