Suaresin başladığını Messi sona çatdırdı -"Barselona" qalib gəldi
Futbol üzrə İspaniya çempionatının 21-ci turunda "Barselona" öz meydanında "Alaves"i qəbul edib və 2:1 hesabı ilə qələbə qazanıb.
Sportfm.az xəbər verir ki, matçda ilk qolu qonaqlar vurub. 23-cü dəqiqədə Yon Qvidetti hesabı açıb.
Kataloniyalılar məğlubiyyətdən 72-ci dəqiqədə xilas ola biliblər - Suares qapını dəqiq nişan alıb. Matçda qələbə topunu isə 84-cü dəqiqədə Lionel Messi cərimə zərbəsindən vurub.
"Tottenhem"dən transfer olunan yarımmüdafiəçi Filippe Koutinyo matçda debüt edib və 66-cı dəqiqədə əvəzlənib.
Beləliklə Ernesto Valverdenin yetirmələri Primeroda ardıcıl 7-ci qələbələrini qazanıblar.
Hazırda "Barselona" 57 xalla turnir cədvəlində birinci yerdə qərarlaşıb, "Alaves" (19) isə 17-cidir.
İspaniya çempionatı, 21-ci tur
"Barselona" - "Alaves" - 2:1
Qollar: 0:1 - Qvidetti - 23, 1:1 - Suares - 72, 2:1 - Messi - 84
Oxşar xəbərlər
Messi het-trik etdi, "Barselona" qalib gəldi
Messi İspaniya çempionatıda 400-cü qolunu vurdu
Messi "Barselona"ya qələbə qazandırdı
Messi primerada 6000-ci qolu vurdu
"Barselona" autsayderlə oyunda mühüm xal itirdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası