Kərim Benzema Messinin rekodunu təkrarladı
“Real”ın futbolçusu Kərim Benzema PSJ-də çıxış edən Lionel Messinin rekordunu təkrarlayıb.
Sportfm.az xəbər verir ki, fransalı hücumçu İspaniya superkubokunun yarımfinal mərhələsinin “Valensiya” ilə oyununda qol vuraraq bunu bacarıb.
Qarşılaşmada komandasının yeganə qolunun müəllifi olan Benzema superkubokda ardıcıl 5-ci matçda fərqlənib. Ona qədər 2010-2012-ci illərdə “Barselona”nın heyətində Messi superkubokun ardıcıl 5 görüşündə rəqib qapılarına yol tapıb. Cənubi Amerikalı həmin oyunlarda ümumilikdə 8 qol vurub. Benzema isə 5 dəfə fərqlənib.
Fransalı, eyni zamanda, İspaniya superkubokunun ikinci ən yaşlı qolçusudur. O, 35 yaş 23 günlüyündə fərqlənib. Bu baxımdan birinci yerdə 36 yaş 129 günündə turnirdə “Real”ın heyətində qol vuran yarımmüdafiəçi Luka Modriç qərarlaşıb.
“Kral klubu”nun finalda rəqibi “Betis” – “Barselona” matçından sonra bəlli olacaq.
Oxşar xəbərlər
Benzema Messiyə çatdı - Çempionlar Liqası
Kərim Messinin rekordunu təkrarladı
Kərim Benzema yeni uğura imza atdı - Çempionlar Liqasında
“Real”da Benzema şoku - "El-Klassiko"nu buraxacaq
Benzema Messinin rekordunu təkrarladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası