Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Komandanın oyuna münasibətindən narazı qaldım" -Roman Qriqorçuk
Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışı çərçivəsində baş tutan "Qəbələ" - "Şkendiya" yoxlama oyunundan (0:2) sonra "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk matç haqda fikirlərini açıqlayıb.
Sportfm.az xəbər verir ki, ukraynalı mütəxəssis məğlubiyyətdən dərs çıxaracaqlarına ümidvar olduğunu qeyd edib. "Türkiyədə hazırlıq keçdiyimiz bir ay müddətində yeganə haldır ki, hər şey istədiyim kimi olmadı. Komandanın oyuna münasibətindən narazı qaldım. Hətta buna təəccübləndim. Digər tərəfdən isə belə olması yaxşıdır.
Çünki biz gördük ki, futbola kifayət qədər düzgün yanaşmayanda, tam qüvvə ilə oynamayanda necə oluruq. Həmişə, elə bu gün də futbolçulara demişəm ki, belə hallar yaşanmamalıdır. Rəqibin aqressiv oynamasından gileylənə bilmərik. Çalışır, mübarizə aparırdılar. Bəlkə də hansısa epizodlarda bizə kobud, çox sərt görünürdülər. Amma oyunçuları istəkdə, çalışqanlıqda qınamaq olmaz. Bu komanda futbola münasibətin əsl nümunəsidir. Toplanışın belə başa çatmasının necə təsir edəcəyini söyləmək çətindir. Amma mənə elə gəlir ki, bu matç bizim xeyrimizə olacaq. Türkiyə hazırlıqlarında çox yaxşı məşq etdik, gözəl toplanış keçirdik. Ümid edirəm ki, bugünkü matç istisna, anlaşılmazlıqdır və biz bundan fayda götürəcəyik".
Oxşar xəbərlər
"Neftçi"nin baş məşqçisi: "Hazırıq"
Elvin Məmmədov: "Qriqorçuk yerlilərin qənimi idi"
Roman Qriqorçuk: Hər şey yaxşıdır
Roman Qriqorçuk: Mən bildiyim qədəri ilə Cavid Hüseynov oynamamalı idi
Roman Qriqorçuk:"Bizdə hər şey rahatdır və peşəkar səviyyədədir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Neftçi” - “Qarabağ” - START HEYƏTLƏR
-
“Neftçi” uduzdu, “Turan Tovuz” qələbə qazandı - Əvəzedicilər Liqası
-
“Kəpəz” - “Sumqayıt” matçına hakim təyinatları açıqlandı
-
“Səbail”dən darmadağın - I Liqa
-
"Neftçi" 6 illik seriyaya son qoydu, "Sabah" vaxtından əvvəl...
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA














Misli Premyer Liqası