• 06:19 Çərşənbə axşamı
    13 Aprel 2021
SportFM.Az
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

"Neftçi"nin baş məşqçisi: "Hazırıq"

"Neftçi” klubunun baş məşqçisi Roberto Bordin klubun televiziyasına müsahibə verib. 

Sportfm.az xəbər verir ki, əvvəlcə Türkiyədəki sonuncu yoxlama matçı haqqında danışan italiyalı mütəxəssis təlim-məşq toplanışını dəyərləndirib: "Nəticənin vacib olması tamamilə normaldır. Qələbə qazanmaq həmişə vacibdir. Bununla belə, təbii ki, oyunu analiz etməliyik. Yaxşı epizodlarımız oldu, amma bunları daha da yaxşılaşdırmaq lazımdır. Təlim-məşq toplanışını başa vururuq. Bir tərəfdən deyə bilərəm ki, şadam. Biz hələ çox işləməliyik, artırmalıyıq. Qarşıdan gələn avrokubok oyununadək tam hazır olmalıyıq. Əvvəla, deyim ki, bizim yaxşı kollektivimiz var. Futbolçudan əvvəl mən onları insan kimi qiymətləndirirəm. Yenə deyirəm, çox yaxşı kollektivdir. Və bu 1:0 bizim xeyrimizədir. Bakıdan başlayaraq bu günə kimi fiziki planda çox artırmışıq. Texniki-taktiki planda da çox irəliləmişik. Əvvəllər də dediyim kimi, yoxlama oyunları komandanın vəziyyətinin güzgüsüdür. Yəni komanda özünü necə ifadə edir, necə hiss edir. Bu həmişə özünü başqa tərəfdən görməyə, bir şeyi daha yaxşı eləməyin mümkünlüyünü anlamağa kömək edir. Məsələn, bugünkü oyunda qola çevirə bilmədiyimiz epizodlardan ibrət götürməliyik. Oyunun videoyazısına futbolçularla birgə baxacağıq. Harada daha yaxşı işləməyin mümkünlüyünü və səhvlərimizi necə düzəldəcəyimizi anlamağa vaxtımız olacaq”. 

53 yaşlı baş məşqçi yeni transferlər barədə də fikirlərini bildirib: "Əvvəllər də komandada olan futbolçular yeni transferlərə uyğunlaşma prosesində kömək edirlər. Hər gün fikir verirəm ki, yeni gələnlər komandaya çox yaxşı uyğunlaşıblar. Biz çox yaxşı, güclü kollektivik və bu mənim çox xoşuma gəlir. Həm əvvəllər də komandada olan futbolçularla, həm də yenilərlə texniki-taktiki planda hər şeyi sıfırdan başlamışıq. Bir-birimizi tanıdıq, yaxşı çalışdıq. Futbolçular da öz aralarında bir-birlərini tanıyırlar. Komandanın ruhu xoşuma gəlir. Hədəflərimizə çatmaqda bu bizə kömək edəcək. Bir az da vaxt lazımdır. Bəzən bu, oynamaq üçün qarşılaşdığın komandadan daha çox asılı olur. Çox intensiv məşqlər keçmişik. Bəlkə də bəzi oyunlardan əvvəl fiziki cəhətdən yorğun olmuşuq. Toplanışın sonudur. Bir həftə sonra çox vacib oyunumuz var. Komandanın ən yüksək səviyyədə olduğu vaxtları da oldu, fiziki cəhətdən yorğun vaxtları da. Toplanış ərzində belə olmağı normaldır. Komandanın fiziki durumundan başqa futbolçular arasında qarşılıqlı anlaşmalar da vacibdir. Deyə bilərəm ki, biz bu müddət ərzində birlikdə böyüdük. Çox işlədiyimiz üçün buna nail olduq”. 

Roberto Bordin sonda Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində iyulun 12-də keçiriləcək görüşə toxunub: "Uypeşt”lə oyunda mən də hamı kimi komandamızdan yaxşı nəticə gözləyirəm. Bu çox vacib matçdır. Yaxşı xarakter göstərən güclü rəqiblə qarşılaşacağıq. Rəqibimiz hazırda özünü fiziki cəhətdən yaxşı hiss edir. Onlar da çoxlu yoxlama oyunu keçiriblər. Çox çətin qarşılaşma olacaq. Ehtiyatlı davranacağıq, amma təbii ki, öz oyunumuzu göstərməyə çalışacağıq. Qarşıda bizi güclü rəqib gözləyir, amma öz oyunumuzu göstərməyə çalışacağıq. Bunun necə yekunlaşacağını görəcəyik. Deyə bilərəm ki, oyuna hazırıq”.

скачать dle 10.4 UTF-8Forex для начинающих

6-07-2018
439
REKLAM
Etketlər
DİGƏR XƏBƏRLƏR
25-01-2020
"Mən ondan daha çox şey umuram" - Füzuli Məmmədov
22-01-2020
Şopiç komandasının daha yaxşı yerdə olacağına inanır
Şopiç komandasının daha yaxşı yerdə olacağına inanır
24-07-2019
Roberto Bordin:
Roberto Bordin: "Sabah şanslarımızdan istifadə etməyə çalışacağıq"
18-06-2019
Roberto Bordin:
Roberto Bordin:"Əsas odur ki..."
19-01-2019
"Fiziki hazırlıq üzərində işləməliyik" - Roberto Bordin
11-07-2018
Roberto Bordin:
Roberto Bordin: "Ciddi hazırlaşmışıq"
5-07-2018
"Karikarinin adaptasiyası üçün bir az zamana ehtiyac var"
30-06-2018
"Onun komandamızı gücləndirəcəyini söyləyə bilərəm" - Vojislav Stankoviç
30-06-2018
Baqali Dabo:
Baqali Dabo: "Vaxt keçdikcə..."
29-06-2018
"Bəzi şeyləri yaxşılaşdırmaq lazımdı ki, biz də bunu edəcəyik"
27-06-2018
"Bizim komandada çoxları uzun müddətdi avrokuvoklarda iştirak etmirlər"
20-06-2018
Ruslan Abışov:
Ruslan Abışov: "Çox sevinirəm..."
18-06-2018
Roberto Bordin:
Roberto Bordin: "Çalışacağıq ki, yeni mövsümdə baş rolda biz olaq"
24-01-2017
Tural Qürbətov: “Hər şey özümüzdən asılıdır”
Tural Qürbətov: “Hər şey özümüzdən asılıdır”
16-01-2017
Qurban Qurbanov:
Qurban Qurbanov: "Çatışmayan cəhətlər var idi"
  Xəbər Lenti
Dibalanın sevgilisi izləyiciləri üçün rəqs etdi - VİDEO VİDEO 12.04.2021, 21:08
"Turan Tovuz" 3-0 "Sumqayıt" - VİDEO 12.04.2021, 20:55
FIDE Şəhriyar Məmmədyarovu təbrik etdi 12.04.2021, 20:38
"Səhv etmək olmaz" - "Qarabağ"ın oyunçusu 12.04.2021, 19:00
"Neftçi" və "Turan Tovuz"dan qələbə - I Divizion 12.04.2021, 18:55
AFFA TFF ilə VAR sistemini müzakirə etdi 12.04.2021, 17:30
Fərid 55 dəqiqə oynadı - Çexiya çempionatı 12.04.2021, 16:16
"Deyirdilər ki, bacarmayacaq, nəticə verə bilməz" - Dadaş Dadaşbəyli 12.04.2021, 15:10
Salah Parisə köçür – Mbappeni əvəz edəcək 12.04.2021, 14:57
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Neftçı 20 42
2 Qarabağ 20 42
3 Zirə  20 30
4 Sumqayıt   20 26
5 Qəbələ 20 23
6 Səbail 20 18
7 Keşlə 20 17
8 Sabah 20 16
Ətraflı
20-03-2021
Honda
Honda "Neftçi" ilə birgə məşqə başladı - FOTO
26-03-2021
"Bizim üçün vacib test olacaq" - De Byazi
3-04-2021
"Bəzi voleybolçularımız hobbilərini biznesə çeviriblər" - "Azərreyl"in prezidenti
6-04-2021
"De Byazili Azərbaycan yığması meydana qalib gəlmək üçün çıxmır" - VİDEO
18-03-2021
Futbol Akademiyasına avtomobillər alındı
Futbol Akademiyasına avtomobillər alındı 2 ədəd
18-03-2021
Elxan Məmmədovun qardaşına yeni vəzifə verildi
Elxan Məmmədovun qardaşına yeni vəzifə verildi
26-03-2021
"Ana-bacı qatilinin mənə qardaş deməsini qəbul edə bilmərəm" - Şahin Diniyev
22-03-2021
Təxirə salınmış oyunlara hakim təyinatları -
Təxirə salınmış oyunlara hakim təyinatları - I Divizion
22-03-2021
Kramarenkonun taleyinə aydınlıq gəldi -
Kramarenkonun taleyinə aydınlıq gəldi - Klubunda qalacaq
26-03-2021
Məşqçi kursları başa çatdı -
Məşqçi kursları başa çatdı - Tovuzda
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Turan-Tovuz 16 36
2 Zaqatala 17 34
3 Neftçi-2 16 34
4 Sabah-2 16 29
5 Qarabağ-2 17 26
6 Kəpəz 15 17
7 Qaradağ Lökbatan 16 16
8 Keşlə-2  16 12
9 MOİK 16 10
10 Sumqayıt-2  15 9
Ətraflı
REKLAM
İdmanımız naminə Sportfm.az@gmail.com
© 2020 SPORTFM.AZ BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Ülvi Amon tərəfindən yığılıb