reklam
Roman Qriqorçuk: Hər şey yaxşıdır
Sportfm.az xəbər saytı

Roman Qriqorçuk: Hər şey yaxşıdır


Türkiyənin Antalya şəhərində keçirilən “Qəbələ” – “Bohemians” (Çexiya) yoxlama oyunundan (1:3) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk matç haqda fikirlərini açıqlayıb.

Sportfm.az saytı sizi ukraynalı mütəxəssisin fikirləri ilə tanış edir:

“Bu oyundan, matçın baş tutmasından razıyam. Yaxşı məşq alındı. Qarşılaşmada futbolçular və durumumuz barədə çox məlumat əldə etdik. Düzgün məşq keçdik. Bu matçı yaxşı qiymətləndirirəm. Əlbəttə ki, narazı qaldığım məqamlar da oldu. Amma buna və fərdi xətalara ayrı-ayrılıqda fikir verə bilmərik. Biz oyunu qlobal, bütöv şəkildə təhlil etməliyik. Bu baxımdan  hər şey qaydasındadır. Lakin aldığımız məlumat təkmilləşməyə, qısa zamanda müəyyən düzəlişlərə məcbur edir. Biz də bununla məşğul olacağıq. Çox yaxşı hazırlıq keçdik. Mənfi saya biləcəyimiz çox az məqam var. Qalan qısa müddətdə bəzi məqamları çatdıra biləcəyimiz qədər düzəldəcəyik. Ümumilikdə isə hazırlıq prosesi ilə bağlı hər şey yaxşıdır”.

Oxşar xəbərlər

Roman Qriqorçuk: Olmayan foldan sonra cərimə zərbəsindən qol buraxmaq çox mənfi haldır
Qriqorçuk "Sumqayıt"la oyundan sonra "Qarabağ"dan danışdı: Razıyam ki...
"Komandanın oyuna münasibətindən narazı qaldım" - Roman Qriqorçuk
“Qırmızı-qaralar”ın hazırlıq planı müəyyənləşdi
Roman Qriqorçuk: "Lakin bu haqda danışmağa hazır deyiləm"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər