Özil yeni müqaviləsi ilə “Arsenal”ın tarixinə düşdü
"Arsenal" klubunun türk əsilli almaniyalı hücumçusu Məsut Özil London təmsilçisi ilə müqaviləsinin müddətini artırıb.
Sportfm.az xəbər verir ki, 29 yaşlı futbolçunun bu ilin yayında bitəcək müqaviləsinin müddəti 2021-ci ilin yayına qədər uzadılıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bu müqavilədən sonra Özil "Arsenal"ın tarixinə düşüb. İngiltərə mətbuatının yazdığına görə, futbolçu bundan sonra həftəsinə 350 min funt-sterlinq qazanc əldə edəcək. Bu isə Özilin "Arsenal" tarixində ən çox qazanan futbolçuya çevrilməsi deməkdi.
London klubu Özili 2013-cü ilin yayında Madrid "Real"ından 47 milyon avroya transfer etmişdi. Məsut "Arsenal" formasıyla çıxdığı 182 matçda 36 qol vurub, 61 məhsuldar ötürmə ilə yadda qalıb. Almaniya millisində 88 oyuna çıxan yarımmüdafiəçi İngiltərə Premyer Liqasının cari mövsümündə 20 oyun keçirib, 4 qol vurub, 7 məhuldar ötürmə edib.
Oxşar xəbərlər
“Arsenal”da yeni müqavilə - 2024-cü ilin yayına qədər
Mesut Ozil danışıqlara başladı - Amerika klubu ilə
Məsut Özil "Arsenal"ı tərk edir - MLS-ə keçməyə razılıq verdi
Özil qərarını verdi - "Arsenal"da qalacaq
Özil "Arsenal"dan 13 milyon tələb edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azər Bağırov "Kəpəz"də qaldı, köməkçiləri dəyişir - ÖZƏL
-
Anlaşma baş tutmadı - Azər Bağırov getdi
-
Azərbaycan millisi Fransaya qarşı - Avropa çempionatı
-
Tarixlərində ilk titulu qazana bilərlər - Çempionlar Liqası
-
Röyal Nəcəfov "Baku Sportinq"dən getdi - Açıqlama
-
Ulduz futbolçu narkotikə görə saxlanıldı - HADİSƏ















Misli Premyer Liqası