Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Bakı komandası meydanı özbaşına tərk etdi, texniki məğlubiyyət aldı
AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sportfm.az saytı xəbər verir ki, tədbirdə son oyunlarda baş verənlərlə bağlı qərarlar açıqlanıb.
22 yanvar 2018-ci il, “Bakcell U-17 Liqa”da, “Səbail” – “Keşlə” matçının 55-ci dəqiqəsində “Keşlə” klubunun 10 №-li futbolçusu Kənan Əsədli hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanır. Oyunun 90+2-ci dəqiqəsində “Keşlə” klubunun 57 №-li futbolçusu Əkpər Vəliyev ikinci sarı vərəqə aldıqdan sonra hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanır.
22 yanvar 2018-ci il, “Bakcell U-17 Liqa”da, “Ağsu” – “Qəbələ” matçının 82-ci dəqiqəsində “Qəbələ” klubunun 6 №-li futbolçusu Cavidan Rəhimli kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır.
29 yanvar 2018-ci il, “Bakcell U-17 Liqa”da, “Neftçi” İK İB – “Neftçi” PFK matçının 37-ci dəqiqəsində “Neftçi” İK İB klubunun 8 №-li futbolçusu Kamil Əliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
29 yanvar 2018-ci il, “Bakcell U-17 Liqa”da, “Qəbələ” İK– “Zirə” PFK matçının 53-cü dəqiqəsində “Zirə” klubunun baş məşqçisi Rəşad Hüseynov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
25 yanvar 2018-ci il, U-16 Liqasında, “Sumqayıt” – “Neftçi” matçının 66-cı dəqiqəsində “Neftçi” klubunun 42 №-li futbolçusu Elnur Hüseynov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
21 yanvar 2018-ci il, Azərbaycan həvəskarlar liqasının “Bərdə” – “Bakı 8 FİX” matçının 57-ci dəqiqəsində “Bakı 8 FİX” klubunun 2 №-li futbolçusu Mehdi İbrahimov, 6 №-li futbolçusu Azər Nəsirov, 8 №-li futbolçusu Rabil İsayev hakimi təhqir etdiklərinə görə hər biri 4 oyun cəzalanır. “Bakı 8 FİX” meydanı özbaşına tərk etdiyi üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilir.
Oxşar xəbərlər
"Neftçi"nin kapitanı tribunadan hakimləri söydü, AFFA cəza verdi
12 yaşlı futbolçu cəzalandırıldı - Azərbaycanda
İsgəndər Cavadovla oyuna gəlmədilər, məğlubiyyət aldılar!
Azərbaycanda futzalçı hakimi təhqir etdi, 4 oyun cəzalandı
"Turan"ın futbolçusu aqressiv davrandı, 3 oyunluq cəzalandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası