Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr edilən futbol turniri start götürdü -FOTOLAR
Bu gün “İnter Arena”nın ərazisində yerləşən meydançalardan birində Azərbaycanın Milli Qəhrəmanı, gizir Mübariz İbrahimovun xatirəsinə həsr edilən futbol turniri start götürüb.
Sportfm.az saytı xəbər verir ki, A və B qruplarında 6 komandanın çıxış etdiyi turnir iki gün davam edəcək. İlk gün A qrupunda yer alan komandalar – “Keşlə”FK, “Fener” futzal-məktəbi və “Mübariz” FK-nın mübarizəsində sonuncular iki qələbə ilə qrup qalibi olub. B qrupunda yer alan “Dortmund Bakı”, “Qarabağ” və “Fənərbaxça” komandaları sabah meydana çıxacaq. Turnirin təşkilatçısı “Mübariz” FK-nın prezidenti Elçin Fəttayev saytımızın əməkdaşı ilə söhbətdə əsas məqsədlərini açıqlayıb:”Kiçikyaşlı uşaqlar arasında futbolun kütləviliyinin artması üçün belə turnirlərə böyük ehtiyac var. Bu yarışda 2010-cu il təvəllüdlü uşaqlar iştirak edir. Bu da təsadüfi deyil. Azərbaycan xalqının igid oğlu Mübariz İbrahimov məhz həmin il şəhid olub. Biz istəyirik ki, uşaqlar öz qəhrəmanlarını tanısın. Yaşasaydı bu gün Mübarizin 30 yaşı tamam olacaqdı. Gələcək planlarımızda beynəlxalq turnir təşkil etmək də var. Milli Qəhrəmanın xatirəsinə həsr olunan turnirin finalında A və B qruplarının qalibləri üzə-üzə gələcək. Komandaların üzvlərinə kubok, diplom və medallar veriləcək”.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 22 iyul 2010-cu il tarixli Sərəncamı ilə M.İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Ömrünün 22-ci baharında şəhidlik zirvəsinə ucalan gizirə bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib.

Oxşar xəbərlər
Şəhidin xatirəsinə həsr edilən turnir keçiriləcək
Allahverdi Bağırovun xatirə turniri keçiriləcək - “Dostluq”
Azərbaycanlı Xosep Qvardiola - ÖZƏL VİDEO
Mübariz İbrahimovun xatirəsinə həsr edilən turnir başa çatdı - FOTOLAR
Vüqar Həşimovun xatirəsinə həsr olunan beynəlxalq şahmat turniri start götürdü
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası