Belarus millisinin üzvləri Azərbaycan klubuna transfer oldu -FOTOLAR
Bu il futzal üzrə Yüksək Liqada debüt edən "Marafon" komandası heyətni gücləndirməkdə davam edir.
Sportfm.az saytı xəbər verir ki, hazırda turnir cədvəlində ikinci pillədə qərarlaşan paytaxt klubu iki belarus futzalçını rənglərinə bağlayıb. Vyaçeslav Tsvirko və Sergey Çumakov müvafiq olaraq, Belarusun güclülər dəstəsində mübarizə aparan BÇ"Qomel" və "Svetloqorsk" klublarının şərəfini qoruyublar. Klubun ofisində legioner oyunçularla mövsümün sonuna qədər müqavilə imzalanıb. Azərbaycan komandasına keçiddən sonra hər iki oyunçu Sportfm.az saytına fikirlərini bildirib.
Vyaçeslav Tsvirko: Dəvəti sevə-sevə qəbul etdim. Çünki Azərbaycan çempionatında çıxış etmək çox maraqlı olacaq. Bilirəm ki, hazırda komandamız ikinci sırada yer alır. Demək onu birinci etmək lazımdır(gülür-red.). Klubun öz bazası, məşq meydançası var. Bu böyük üstünlükdür.
Sergey Çumakov: Bizim üçün yeni mühitdir. Heyətdə əla oyunçuların olduğunu deməliyəm. Biz beynəlmiləl komandayıq. Yerli uşaqlarla yanaşı, heyətdə iranlı futzalçılar da var. Düşünürəm ki, baş məşqçi Elşad Quliyevin göstərişlərini tam yerinə yetirə bilsək, mövsümün sonunda birinci ola bilərik.
Qeyd edək ki, hər iki futzalçı Belarusun aşağı yaş qrupları üzrə yığma komandalarının şərəfini qoruyub.


Oxşar xəbərlər
Elşad Quliyev: "Müdafiədən hücuma çıxmaqda çətinlik çəkirdik"
Gömrükçü futzalçılarımız Ermənistanı darmadağın etdi
"Neftçi"də yeni braziliyalı oyunçu - ÖZƏL, FOTO
"Marafon" və "Araz" uddu, "İtaldizain" EKOL-la bərabərə qaldı
"Neftçi"nin gəncləri təcrübəli mütəxəssisə etibar edildi - ÖZƏL
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası