Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Qarabağ”ın oyununu idarə etmiş hakim “Zirə”nin matçında
Cari mövsümdə “Qarabağ”ın UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki ilk oyununu idarə etmiş moldovalı hakim Roman Jitari “Zirə”nin UEFA Konfrans Liqasındakı matçına da təyinat alıb.
Sportfm.az xəbər verir ki, 35 yaşlı FİFA referisi Azərbaycan təmsilçisinin Estoniyada “Payde”yə qarşı keçirəcəyi 2-ci təsnifat mərhələsinin ilk qarşılaşmasında əsas söz sahibi olacaq. Ona həmyerliləri Viktor Mardari və Andrey Bodean köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Andrey Brequta yerinə yetirəcək.
İyulun 23-də Estoniyadakı Parnu şəhərində keçiriləcək “Payde” – “Zirə” oyunu saat 20:00-da start götürəcək. Roman Jitari Bakıda “Qarabağ” – “Vestri” oyununu idarə edib. İyulun 9-dakı qarşılaşmada Azərbaycan təmsilçisi üç cavabsız qolla qalib gəlib.

Oxşar xəbərlər
“Qarabağ” İslandiya klubuna qarşı - Avropa Liqası
“Qarabağ”ın oyunlarının hakimləri açıqlandı - Avropa Liqası
“Hayduk” – “Zirə” matçının hakimləri bilindi
“Zirə” – “Şerif” matçını qazaxıstanlı hakim idarə edəcək
Əliyar Ağayev gedəcək - UEFA istədi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası