Videotəkrarın təsiri məlum oldu
Futbolda videotəkrar sistemi (VAR) indiyə qədər tətbiq olunduğu rəsmi matçların 8 faizində nəticəyə təsir edib.
Sportfm.az xəbər verir ki, Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) VAR-la bağlı hesabatında bildirilir ki, bugünə kimi 20 federasiya və yarışda texnologiyaların köməyinə müraciət olunub. Ümumilikdə 804 qarşılaşmada tətbiq edilən VAR sisteminin yardımı ilə hakimlərin 3947 qərarına yenidən baxılıb. Bunlardan 56,9 faizi penatli və qol, 42,3 faizi isə qırmızı vərəqə epizodu ilə əlaqəli olub. Videotəkrarların 93 faizində ilk qərarın doğruluğu təsdiqlənib.
Epizodların dəyərləndirilməsi orta hesabla 20 saniyə çəkib. Yalnız 42 matçda (5 faiz) bir epizoda bir neçə dəfə baxılıb. Qərarın qulaqcıq vasitəsi ilə bildirilməsi orta hesabla 39 saniyə, hakimlərin meydanda görüntünü izləməsi isə 70 saniyə sürüb.
Oxşar xəbərlər
Premyer Liqamız ilk “10-luğ”a düşdü - Qayda pozuntularına görə
“Qarabağ” liderdir - Topa sahibolma və dəqiq ötürmə
Futbolda 5 əvəzetmə qaydası davam edəcək - Müddəti uzadıldı
Çempionlar Liqasında VAR sistemi tətbiq olunacaqmı? - Günün sualı
FİFA video kömək sisteminin qaydalara daxil olunmasını dəstəklədi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Dövlət başçısı Xankəndi Stadionunun açılışında
-
Yığmamızın heyəti açıqlandı - SİYAHI
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Şəfa" - "Araz-Naxçıvan" - START HEYƏTLƏR
-
“Şəfa” “Araz-Naxçıvan”a, “Zirə” “Qəbələ”yə qarşı - Premyer Liqa
-
Millimizin oyunlarının təqvimi açıqlandı - Millətlər Liqası














Misli Premyer Liqası