Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Abdullayev qol vurdu, yubiley qeydə alındı -İkinci Liqada
Ötən gün futzal üzrə ölkə birinciliyinin İkinci Liqasında əlamətdar hadisə baş verib. Belə ki, cari mövsümdə 1000-ci qol vurulub.
Sportfm.az saytı xəbər verir ki, bu tura qədər qapılardan 973 top keçirilib. Yubiley qol isə VİK FK - “Baker Hughes” matçında qeydə alınıb. VİP-in 9:2 hesablı qələbəsi ilə başa çatan oyunda vurulan 4-cü qol 1000-ci qol olub. Qolun müəllifi isə matçın 23-cü dəqiqəsində fərqlənən VİP-in üzvü Nicat Abdullayevdi.
Hazırda İkinci Liqada XIV turdan sonra 1050 qol vurulub. Sonuncu qolun müəllifi “Gənclik” komandasından Siyavuş Quliyevdi.
Oxşar xəbərlər
“Keşlə” 800-cü qolunu vurdu - Azərbaycan çempionatlarında
100-cü qol və iki ildən sonra…
Azərbaycan çempionatında 600-cü qol
Naxçıvan klubunun üzvü futzal tariximizə düşdü
Mövsümün 100-cü qolu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası