reklam
Mütəllimov qol vurdu,
Sportfm.az xəbər saytı

Mütəllimov qol vurdu, "Qəbələ" qalib gəldi


“Qəbələ”nin əvəzedici komandası yoxlama oyunu keçirib.

Sportfm.az xəbər verir ki, 2017/18 mövsümünün ikinci yarısına hazırlığı davam etdirən “qırmızı-qaralar” Bakıda “Keşlə”nin əvəzediciləri ilə qarşılaşıb. “İnter Arena”da baş tutan görüşün taleyini 1 qol həll edib. 83-cü dəqiqədə paytaxt təmsilçisinin qapısına yol tapan Tunar Mütəllimovun qolu Emin İmaməliyevin yetirmələrinə 1:0 hesablı qələbə qazandırıb.

Bunadək “Ağsu” (1:2) və “Şüvəlan”la (0:0) yoxlama oyunlarında qüvvəsini sınayan əvəzedicilər qış fasiləsində ilk qələbəsini əldə edib.

Paytaxtdakı görüşdən sonra 1 günlük istirahətə buraxılan komanda yanvarın 23-də Qəbələdə bir araya gələcək. “Qırmızı-qaralar” təlim-məşq toplanışı keçirmək üçün ayın 26-da Gürcüstana yollanacaq.

Oxşar xəbərlər

"Qəbələ"nin rəqibinin adı məlum deyil
“Qəbələ” klubu Gürcüstan təmsilçisi ilə qarşılaşdı
"Qəbələ" gürcüləri məğlub etdi
“Qəbələ”-“Şüvəlan” oyununda hesab açılmadı
“Qəbələ” klubu qış təlim-məşq toplanışına start verdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər