"Qəbələ" gürcüləri məğlub etdi
Tbilisidə təlim-məşq toplanışında olan “Qəbələ” futbol klubunun əvəzediciləri növbəti yoxlama oyununu keçiriblər.
Sportfm.az xəbər verir ki, “qırmızı-qaralar” qonşu ölkədəki ikinci sınağında “Saburtalo”nun əvəzediciləri ilə görüşüblər. Qarşılıqlı hücumlarla və gərgin idman mübarizəsi şəraitində keçən matçın taleyini 1 qol həll edib. Matçın 62-ci dəqiqəsində meydan sahiblərinin qapısına yol tapan Vüsal Rzayev “Qəbələ”yə qələbə qazandırıb – 1:0.
Baş məşqçi Emin İmaməliyevin baş məşqçisi olduğu komanda Gürcüstanda növbəti oyununu fevralın 1-də keçirəcək. “Qırmızı-qaralar” Tbilisi “Lokomotiv”inin əvəzediciləri ilə qarşılaşacaqlar.
Xatırladaq ki, komandamız qonşu ölkədəki ilk yoxlama oyununda “VİT-Corciya” ilə qarşılaşıb və 0:2 hesabı ilə uduzub.
Oxşar xəbərlər
“Qəbələ” Almaniya klubunu məğlub etdi
“Qəbələ” klubu Gürcüstan təmsilçisi ilə qarşılaşdı
Mütəllimov qol vurdu, "Qəbələ" qalib gəldi
“Qəbələ”-“Şüvəlan” oyununda hesab açılmadı
"Qəbələ" İsveçrənin ən titullu klubu ilə qarşılaşacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası