“Qəbələ”-“Şüvəlan” oyununda hesab açılmadı
“Qəbələ” futbol klubunun əvəzedicilərdən ibarət komandası 2017-2018-ci il mövsümünün ikinci yarısının hazırlığını davam etdirir.
Sportfm.az xəbər verir ki, “qırmızı-qaralar” növbəti yoxlama oyununu keçirib. Qəbələdəki hazırlığı başa vurduqdan sonra paytaxta yollanan Emin İmaməliyevin baş məşqçisi olduğu komanda “Şüvəlan”la görüşüb. Birinci Divizion təmsilçisi ilə matç Bakıdakı “AZAL Arena”da keçirilib və qarşılaşma qolsuz heç-heçə ilə nəticələnib.
Matçdan sonra birgünlük istirahətə buraxılan əvəzedicilər məşqlərini yanvarın 20-də bərpa edəcəklər. Bir gün sonra “Qəbələ” bir yoxlama matçı keçirəcək. Komanda “Keşlə”nin əvəzediciləri ilə qarşılaşacaq.
Xatırladaq ki, “qırmızı-qaralar” Qəbələdə təşkil olunan ilk yoxlama oyununda “Ağsu” ilə qarşılaşıb. Həmin görüşdə birinci Divizion təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.
Oxşar xəbərlər
"Qəbələ" "Qəbələ"ni məğlub etdi - 4:0 - Yoxlama görüşü
“Qəbələ” klubu Gürcüstan təmsilçisi ilə qarşılaşdı
"Qəbələ" gürcüləri məğlub etdi
Mütəllimov qol vurdu, "Qəbələ" qalib gəldi
“Qırmızı-qaralar”ın hazırlıq planı müəyyənləşdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin












.jpg)


Misli Premyer Liqası